Ölülərimiz bizim görüşümüzə gəlirmi?
Mьəllif: admin1
Tarix: 21-03-2020, 23:14
Ölülərimiz bizim görüşümüzə gəlirmi?
Ölüm insanın bədənini ruhundan ayırır. Ancaq bu aləmlə olan rabitəsi kəsilmir. Ölülər bizim səsimizi eşidirlər, hətta bizimlə söhbət belə edirlər.

Ancaq onların maddi dilləri olmadığı üçün, biz onları eşitmirik. Ancaq Məsumlar (ə) onlarla söhbət edir və onları eşidə bilirdilər.

İmam Sadiq (ə) buyurur: “Cümə günü, Fitr və Qurban bayramları olan zaman Allah behiştin məmuruna əmr edər ki, bərzəx behiştində möminlərə elan edin ki, Allah sizə cümə günü dünyada olan ailə və dostlarınızı ziyarət etmək üçün icazə vermişdir.

Sonra Allah Rizvana əmr edər ki, hər biri üçün behişt dəvələrindən birini hazır etsin. Bu dəvənin üzəri yaşıl zərli parça ilə örtülmüşdür və behişt parçaları ilə bəzənmişdir.

Sonra Allah əmr edər ki, səma əhli onları qarşılasın. Bu cür hal ilə hər səmanın mələkləri onları müşayiət edər. Bundan sonra ruhlar yerə enərlər və Kufənin arxasında olan Vadius-Səlamda yerə enərlər”.

İmam Sadiq (ə) başqa yerdə buyurur: “Elə bir mömin və kafir yoxdur ki, hər zöhr zamanı ailəsinin yanında olmasın. O zaman ki, mömin ailəsini saleh əməl yerinə yetirən halda görər, Allaha həmd edər. O zaman ki, kafir ailəsini saleh əməl yerinə yetirən halda görər, onlara qibtə aparar”.

Hədislərdən belə nəticəyə gəlmək olur ki, ölülər də dirilər kimi darıxarlar. Onlar da yaxınlarını görmək istəyərlər. Uca Allah da onların arzusunu yerinə yetirər və onları ailəsi ilə görüşdürər, baxmayaraq ki, ailəsinin bundan xəbəri olmasa belə.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031