Qurandan soruşaq: Koronavirus bəlasından necə qorunaq?
Nə üçün bəzən bəla nazil olur?
Bəla həm insanların Allaha dönüşü üçün bir xəbərdarlıq (“Səcdə”/21), həm də insanlar üçün bir sınaqdır (“Ənkəbut”/2). Əlbəttə, insan daim imtahandadır; bəzən sağlamlığı, bəzən də xəstəliyi ilə (“Ənbiya”/35). İmtahan edən Allah-Taala olsa da, müsibətlərin kökünü öz əməllərinizdə axtarın (“Şura”/30). Bəzən pis rəftarlarınız təbiətə də təsir göstərir (“Rum”/29). Bəlanın bizdən uzaq olması üçün nə etməliyik? Günahdan uzaq olun (“Ali-İmran”/186) və namazdan yardım istəyin (“Bəqərə”/45). Qələbəlik sirri səbir və müqavimətdədir (“Bəqərə”/155). İstiğfar (tövbə) edin ki, Allahın rəhməti sizə də şamil olsun (“Nəml”/46). İstiğfar edən xalqa Allah əzab verməz (“Ənfal, 33). Allah dərgahında bağışlanmağınız üçün Peyğəmbəri-Əkrəmi (s) vasitə seçin (“Yusif”/97). Mövcud şəraitdə vəzifəmiz nədir? Ölümdən qorxmayın, çünki Allahın izni olmadan kimsə ölməz (“Ali-İmran”/145). Əgər Allah istəməsə, sizə heç bir zərər yetməz (“Ənam”/17). Allah bir-birinizə yaxşılıq etməyi tövsiyə edir (“Nəhl”/90). Əgər imkanınız varsa, yoxsullara kömək edin (“Təlaq”/7). Bacardığınız qədər problemi həll etmək üçün bir-birinizə yarım edin (“Maidə”/2). Maide.Az Oxşar xəbərlər
|