Qəbrin dəhşətindən azad olmaq üçün iki rükət namaz
Ölüm bədənlə ruh arasında olan rabitəni kəsir və yeni həyatın başlanğıcı olur. Öləndən sonra insan elə aləmə gedir ki, adı qəbir adlanır. Qəbir – ölülərin müvəqqəti məkanıdır.
Qəbirdə olan insanı çoxlu əzablar və narahatlıqlar, qorxular gözləyir. Nəkir ilə Münkərin sorğu-sualı, qəbir əzabı, qəbrin zülmətli olması, müxtəlif heyvanların insanın cəsədinə hücum etməsi kimi. İnsan hələ bu dünyada özünü həmin aləm üçün hazırlamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm mələyi deyir: “Hər kim beş vacib namazın vaxtına riayət edərsə, mən ona qarşı anasından da mehriban olaram””. İmam Sadiq (ə) buyurur: “Gecənin qaranlığında qəbrin dəhşətindən azad olmaq üçün iki rükət namaz qıl. Ölüm mələyi ruhu qəbz edən zaman namazına riayət edən insanı şeytandan dəf edər. O, dəhşətli vaxtda tövhidə şəhadəti ona təqlin edər”. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – Ölüm Mələyi yanında namazqılan üçün şəfaətçi, qəbirdə munis, gözəl yataq və Nəkir ilə Münkərin suallarına cavab verəndir”. Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı, qəbir sahibi üçün çıraqdır”. Allah Yəala peyğəmbərlərindən (ə) birinə xitab edərək buyurur: “Gecənin qaranlığında ibadət üçün qalx ki, sənin qəbrini behişt bağlarından qərar verim”. Beləliklə deyə bilərik ki, namazın insanın qəbirdəki həyatına təsiri çoxdur. Xüsusilə də əgər namazlarını vaxtında yerinə yetirərsə. Gecə namazı isə qəbirin çırağı olar. Onu aydınlandırar və sahibini nurani edər. /Deyerler.org/ Oxşar xəbərlər
|