Koronavirus səbəbi ilə vəfat edən şəxsləri necə dəfn edək? - Ayətullah Xamenei fətva verdi
Mьəllif: admin1
Tarix: 31-03-2020, 11:16
Koronavirus səbəbi ilə vəfat edən şəxsləri necə dəfn edək?  - Ayətullah Xamenei fətva verdi
Sual: Əgər bir şəxs mütəxəssislərin də etiraf etdiyi kimi tez sirayət edən korona virusdan dünyasını dəyişərsə, belə meyyitin qüsl, kəfən, namazı necə olmalıdır?

Cavab: Bu xəstəliyə yoluxanlar üçün meyyitə məxsus hökmlər boyundan düşmür. Gigiyenik qaydalara riayət etməklə və hərçənd yoluxmanın qarşısını alan tədbirləri həyata keçirmək xərcə səbəb olsada, gərək qüsl, hənut, kəfən, meyyit namazı və dəfn məsələlərinin vacibi həddinə kifayətlənməklə bu işlər yerinə yetirilsin.

Əgər tərtibi qüsl vermək mümkün olmazsa imkan daxilində İrtiması qüsl verilsin. Əgər buna da imkan yoxdursa meyyitin öz əliylə aşağıda deyilən kimi təyəmmüm edilməlidir.

1. Sidirli suyun əvəzinə bir təyəmmüm

2. Kafurlu suyun əvəzinə bir təyəmmüm

3. Xalis su əvəzinə də bir təyəmmüm olununub sonra da hənut vurularaq dəfn olunmalıdır.

Qeyd: Bu deyilənləri edəndən sonra libasın üzərindən də kəfən edib dəfn etmək olar.

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031