İblisin İlahi dərgahdan qovulmasının əsil səbəbi nə olmuşdur?
Adətən belə bəyan edilir ki, İblis Allaha itaətsizlik etdiyi üçün İlahi dərgahdan qovulmuşdur. Bəli, əslində bu, İblisin (lən) əməli günahı idi.
Ancaq əsas buna görə cənnətdən qovulmamışdır. Onun qovulmasının əsil səbəbi – etiqadi günah idi. Bu günahın ağırlığı əməli günahdan daha böyük idi. İmam Əli (ə) buyurur: “Allahın İblislə rəftarından ibrət götürün. O halda ki, uzun ibadət və əməlləri ki, 6 min il Allaha bəndəlik etmişdi – bir saat təkəbbür etməsi ilə bada getmişdir”. İnsan çox sayda günah edir və itaətsizlik edir. Ancaq bunların içərisində təkəbbür günahı ən böyük günah hesab olunur. Bəli, Allah Rəhimdir. Ancaq insan gərək bu rəhmət ardınca olsun ki, rəhmət də ona şamil ola bilsin. Tövbələr o zaman qəbul olar ki, günahkar öz günahını dilinə gətirər və bağışlanma istəyər. Ancaq İblis heç bir zaman etdiyi günahdan peşman olmamışdır. Allaha tövbə də etməmişdir. Əskinə, həmişə təkəbbür göstərmişdir. Ona görə də biz insanlar gərək İblis kimi olmayaq və onun etdiklərindən ibrət götürək. Onun kimi üsyankar və təkəbbürlü olmayaq. Əgər günah etmişiksə, tövbə etməyi bacaraq və Allahdan bağışlanma istəyək. Ancaq Allah bizi bağışlayıb, bizə nicat verə bilər. /Deyerler.org/ Oxşar xəbərlər
|