Qəzəb olunmuşlar kimlərdir?
Qurani-Kərimdə bəzi insanlar və zümrələrin Allahın qəzəbinə düçar olması haqda söz açılır ki, biz burada bu məsələyə toxunan bəzi ayələri nəzərinizə çatdırırıq:
1. Mömini qətlə yetirənlər: وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمِّدًا فَجَزَآؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا “Hər kəs bir mömini qəsdən öldürsə, onun cəzası Cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlayar.” (“Nisa”, 93.) 2 və 3. Münafiqlər və Allaha şərik qoşanlar: وَيُعَذِّبَ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ الظَّانِّينَ بِاللَّهِ ظَنَّ السَّوْءِ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ وَغَضِبَ اللَّهُ عَلَيْهِمْ وَلَعَنَهُمْ وَأَعَدَّ لَهُمْ جَهَنَّمَ وَسَاءتْ مَصِيرًا “Allah Onun barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəblənmiş, lənət etmiş və Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora pis dönüş yeridir!” (“Fəth”, 6.) 4. Kitab əhli (yəhudilər): ...وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ... “...Onlara (yəhudilərə) zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Bu (cəza) onların Allahın nişanələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinə görə idi. Bu (inkar və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar...” (“Bəqərə”, 61-90.) 5. Döyüşdən qaçanlar: وَمَن يُوَلِّهِمْ يَوْمَئِذٍ دُبُرَهُ إِلاَّ مُتَحَرِّفاً لِّقِتَالٍ أَوْ مُتَحَيِّزاً إِلَى فِئَةٍ فَقَدْ بَاء بِغَضَبٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ “(Həmin gün) döyüşü davam etdirmək üçün başqa bir yer axtaran (yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən) və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla – onlara arxa çevirən kəs, sözsüz ki, Allahın qəzəbinə tuş gəlmişdir və onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.” (“Ənfal”, 16.) 6. Kafirlər: مَن كَفَرَ بِاللّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ وَلَـكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ “Qəlbi imanla rahatlıq tapdığı halda (küfr deməyə) məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (ilahi əzab düçar olacaqdır). Bəli, qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allah tərəfindən bir qəzəb vardır və onlar şiddətli bir əzaba düçar olarlar!” (“Nəhl”, 106.) 7. Həddi aşanlar: كُلُوا مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي وَمَن يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَى “Sizə verdiyimiz pak ruzilərdən yeyin, lakin bunda həddi aşmayın, yoxsa Mənim qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə, mütləq uçuruma düşüb bədbəxt olar.” (“Taha”, 81.) 8. Allahın (dini) barəsində mübahisə edib höcətləşənlər: وَالَّذِينَ يُحَاجُّونَ فِي اللَّهِ مِن بَعْدِ مَا اسْتُجِيبَ لَهُ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌ وَلَهُمْ عَذَابٌ شَدِيدٌ “Allahın dəvəti qəbul olunduqdan sonra Onun barəsində (düşmənçilik üzündən) höcətləşərək mübahisə edənlərin dəlili Rəbbinin yanında puç və batildir. Onlar qəzəbə və şiddətli əzaba düçar olacaqlar!” (“Şura”, 16.) Maide.az Oxşar xəbərlər
|