Günahları məhv edən 9 amil
Mьəllif: admin1
Tarix: 4-04-2020, 14:14
Günahları məhv edən 9 amil
Necə ki, saleh əməllər bəzi günahların vasitəsilə məhv olar, eləcə də bəzi yaxşı əməllər bəzi günahların aradan getməsinə səbəb olar.

Quran ayələrində və hədislərdə günahın təsirini necə aradan aparmağın mümkün olduğuna aid məlumatlar vardır.


Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, iman, saleh əməl, tövbə, günahı tərk etmək – keçmiş günahları aradan aparmağın ən yaxşı yoludur.

1. Gecə namazı.

Günahın təsirini aradan aparmaq üçün gecə namazının mühüm rolu vardır. Allah Təala Quranda buyurur: “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114).

İmam Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurur: “Möminin gecə namazı onun gündüz günahlarını məhv edər”.

2. Saleh əməl və iman.

Quran buyurur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

3. Tövbə.

Tövbə və Allaha qayıtmaq, peşman olmaq – günahın təsirini aradan aparar. “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar)”. (“Furqan” 70).

4. İstiğfar.

Günahların məhv olmasına səbəb olan amillərdən biri də keçmiş günahlara görə istiğfar etməkdir.

İmam Sadiq (ə) buyurur: “İnsan o zaman ki, günaha düçar olar, səhər çağından axşama qədər ona möhlət verilər. Əgər istiğfar etsə, əməli görməməzliyə vurular”.

Həzrət Sadiq (ə) başqa bir hədisdə buyurur: “Yeddi saat ona möhlət verilər. Əgər günahına görə tövbə edərsə, ona heç bir şey yazılmaz. Əgər yeddi saat keçərsə və günahından peşman olmazsa, onun üçün yazılar. Mömin insanın bəzən 20 ildən sonra günahı yadına düşər, ancaq kafir elə həmin an günah etdiyini unudar”.

Başqa bir hədisdə oxuyuruq: “Hər bir dərdin dəvası vardır və günahın dəvası - istiğfardır”.

5. Böyük günahları tərk etmək.

Böyük günahları tərk etmək kiçik günahların təsirini aradan aparar. “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. (“Nisa” 31).

6. Hər bir yaxşı iş.

Hər bir yaxşı iş pislikləri aradan apara bilir. Həsənə hər bir günahı aradan apara bilir. Həsənə dedikdə isə hər bir ibadət və İlahi qürb məqsədilə yerinə yetirilən hər bir yaxşı əməl nəzərdə tutulur.

Əmirəl-möminin (ə) buyurur: “Hər bir həsənə yerinə yetirməkl sayəsində, Allah bir günahın üzərini örtər və məhv edər”.

7. Təharət və qəlb hüzuru.

Daima təharətli olmaq və namazları qəlb hüzuru ilə qılmaq günahın təsirini aradan apara bilir.

Salman Farsi deyir: “Bir gün Peyğəmbərlə (s) bir ağacın altında əyləşmişdik. Həzrət (s) ağacın qurumuş budaqlarını silkələdi və onun bütün yarpaqları yerə töküldü.

Sonra üzünü bizə çevirib buyurdu: “O zaman ki, müsəlman dəstəmaz alar və yaxşı dəstəmaz alar və sonra beş vacib namazı yerinə yetirər - günahları yerə tökülər, necə ki, bu budağın yarpaqları yerə töküldü””.

8. Xəstəliyə dözmək.

Xəstəliyə dözmək günahları aradan aparar. Həzrət Peyğəmbər (s) buyurur: “Xəstəlik günahı məhv edər”.

9. Müsibət.

Narahatlıqlar, müsibətlər günahın təsirini aradan aparar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031