‘Qaf’ surəsini tilavət etməyin savabı
“Qaf“ surəsi 45 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.
“Qaf“ müqәttәә hәrflәrindәndir və məşhur nəzərə görə, “müqəttəə hərfləri” Allah-Taala ilə Peyğəmbər (s) arasında bir rəmzdir. Bu surәnin әsаs mövzusu mәаd, ölümdәn sоnrаkı hәyаtdır və təqribən, bütün ayələr bu mövzuya həsr olunmuş, aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmışdır: İslam rəvayətlərindən başa düşülür ki, Peyğəmbəri-Əkrəm (s) bu surəyə o qədər əhəmiyyət verirdi ki, hətta hər cümə günü cümə namazının xütbəsində onu qiraət edirdi. (“Təfsiri-Qurtubi”, 9-cu cild, səh.6171.) Başqa bir hədisdə buyurulur ki, o həzrət bu surəni bayram və cümə günləri tilavət edərdi. (“Təfsiri-Fi zilal”, 7-ci cild, səh.547.) Səbəbi isə odur ki, büyram günləri və cümə günü insanların oyanış, agahlıq və ilk fitrətə qayıdış, Allaha və hesab gününə diqqət günləridir. Sözügedən surə də məad, qiyamət, ölümdən sonrakı həyatı təsirli şəkildə bəyan etdiyi, onun üzərində təfəkkür edən insanın oyanışı və tərbiyəsində dərin təsir bağışladığından İslam Peyğəmbərinin (s) xüsusi diqqətində olmuşdur. O həzrətdən nəql olunan bir hədisdə belə buyurulur: وَ مَن قَرَأَ سورَةَ «ق» هَوَّنَ اللّهُ عَلَیهِ تاراتِ المَوتِ وَسَکَراتِهِ “Allah “Qaf” surəsini oxuyan kəsə ölümünün çətinlikləri və məstliklərini asanlaşdırar.“(“Məcməul-bəyan”, 9-cu cild, səh.140.) İmam Baqirdən (ə) də nəql olunan bir hədisdə belə oxuyuruq: وَمَن أدمَنَ فی فَرائِضِهِ وَنَوافِلِهِ سورَةَ «ق» وَسَّعَ اللّهُ فی رِزقِهِ وَاَعطاهُ کِتابَهُ بِیَمینِهِ وَحاسَبَهُ حِساباً یَسیراً ““Qaf” surəsini vacib və müstəhəb namazlarında davamlı şəkildə oxuyan kəsin Allah ruzisini artırar, əməl dəftərini sağ əlinə verər, hesabını yüngülləşdirər.“ (“Məcməul-bəyan”, 9-cu cild, səh.140; “Təfsiri-nümunə“, 22-ci cild, səh.222-225.) Qeyd etməliyik ki, “Qaf” surəsi üçün qeyd edilən bu qədər savab və fəzilət, yalnız onun sözlərini oxumaqla əldə olunmur, sözlərin oxunuşu düşüncələrin oyanışı üçün bir müqəddimə, o da saleh əməllərin yerinə yetirilməsi üçün bir vasitə olmalı, surənin möhtəvası ilə uyğunluq təşkil etməlidir. (Maide.az) Oxşar xəbərlər
|