Mərceyi təqlid alimləri Nimeyi Şaban gecəsinə koronavirusa qarşı Allaha dua etmək üçün fürsət kimi baxır
Mьəllif: admin1
Tarix: 6-04-2020, 17:22
Mərceyi təqlid alimləri Nimeyi Şaban gecəsinə koronavirusa qarşı Allaha dua etmək üçün fürsət kimi baxır
Əhli-Beytin (ə) böyük mərcəyi-təqlid alimləri koronavirus ilə mübarizədə lazım olan tədbirlərə riayət edilməli olduğunu bir daha vurğulayaraq, insanlardan Nimeyi Şaban gecəsini də, koronavirus kimi bəlaların dəf edilməsi üçün Allaha münacat və dua etmək üçün bir fürsət bilmələrini istəyiblər.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Ayətullah Nasir Məkarim Şirazi Nimeyi Şaban gecəsində xalqın evində qalaraq, duaya və zikrə yönəlmələrini, tez bir zamanda koronavirusdan və xəstəliklərdən xilas olmaq üçün dua etmələri üçün müraciət edib.

Ayətullah Hüseyn Nuri Həmədani də mesajında, xalqın müəyyən bir gün və saatda birlikdə dua və tövbə etmələrini istəyərək, Allah Təaladan epidemiya xəstəliyi bəlasını bütün insanlıq və cəmiyyətdən uzaqlaşdırmasını niyaz etmələrini istəyib.

Ayətullah Əlavi Qorqani də xalqın Nimeyi Şəban gecəsi koronavirusun fəsadlarının aradan qaldırılması və Zəmanə Sahibinin (ə.f) fərəci üçün dua etmələrini istəyib.

Ayətullah Safi Qolpayiqani xalqın bu mübarək mövludu narahatlıqları və problemlərin yüngülləşməsi və qiyamət və oyanış gecəsi olan bu müqəddəs gecədə baş verən bəlaları aradan qaldırılması üçün fürsət bilmələrini, Zəmanə Sahibin (ə.f) viladətilə bu xeyirlə dolu gecənin nemətlərindən istifadə etmələrini istəyib.

Ayətullah Hüseyn Vahid Xorasani də Nimeyi Şaban gecəsində bütün evlərdən yüksələcək zikr və dualara toxunaraq, həmin gecə saat 00:23-də hamının birgə dua etmələrini istəyərək, Allahın rəhmət qapısının qullarına açıq olduğunu qeyd edib.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031