İnsana xas 4 çox qorxulu xəstəlik
İnsan həyatı boyu bəzi cismi xəstəliklərə düçar olar. Bu zaman səy göstərər ki, əvvəlki sağlamlığını geri qaytarsın. Ancaq çox təəssüf ki, o qədər cismimizin çətinliklərinə qərq olmuşuq ki, ruhumuzu unutmuşuq.
Ruhumuz xəstələnər və günah qəlbimizi o qədər qaraldar ki, insanlıq kökümüz quruyar. Ey kaş, insan bir qədər öz ruhuna da vaxt ayırardı və ruhuna diqqət edərdi. Ruhunda olan xəstəlikləri müalicə etməyə çalışardı. Bəzi qəlb xəstəlikləri vardır ki, ancaq insana xasdır və bu xəstəlikləri tanıyaq. 1. Küfr. Qəlb bəzən insanın diqqətsizliyi üzündən həqiqətdən uzaqlaşar və küfrə düçar olar. İnsan inadı üzündən Allahı inkar edər, imana gələndən sonra onu tərk edər, nemətləri şeytan yolunda xərcləyər. Bütün bunlar küfrün əlamətləridir. Quran bu haqda buyurur:«Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır». (“Ali-İmran” 56). “Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz”. (“Ali-İmran” 90). Bu təhlükəli xəstəlik ürəyi əhatə edərsə, insan xilqət baxımından heyvandan da alçaq olar. İnsan vəhşi və təhlükəli bir varlığa çevrilər. 2. Nifaq. Qəlbin başqa bir xəstəliyi – nifaqdır. Nifaq, yəni insan ikiüzlü olur, münafiqləşir. Bu, ən pis günahlardan hesab edilir. Münafiqi şiddətli əzablar gözləyir: “Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145). Bu insanlar zahirdə başqalarına imanlı kimi görünər, batində isə Allaha, Peyğəmbərə (s), məada inanmazlar. Onların qəlbləri kordur. Bu insanlar müsəlmanlarla rəftarda tülküdən də hiyləgər, donuzdan da qeyrətsiz, canavardan da vəhşidirlər. 3. Şirk. Qəlbin başqa bir günahı – şirkdir. Riya – şirkin bir növüdür. Pis alimlərin ardınca getmək – şirkdir, havayi-nəfsə itaət etmək – şirkdir. Şirk insan qəlbini öldürər və İlahi rəhmətdən məhrum edər. “Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxud ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. (“Nisa” 47). 4. Şəkk. Qəlbin başqa bir xəstəliyi şəkdir. İnsan əgər tövhid, etiqadi məsələlərində şəkk edərsə, insafdan uzaqlaşar. Şəkk qəlbin inkişaf etməsinə və kamilləşməsinə mane olar. Özümüzü bu dörd təhlükəli xəstəlikdən qoruyaq və bunlardan Allaha pənah aparaq. /Deyerler.org/ Oxşar xəbərlər
|