Uca Allaha iftira yaxmaq nə deməkdir?
Allahın qəzəbinə səbəb olan günahlardan ən böyüyü – küfrdür. İnsan elə həqiqətləri gizlədər ki, əslində onları aşkar etməli idi.
Allahın qəzəblənməsinə səbəb olan başqa günah odur ki, insan Allaha yalan nisbət versin. Onun ayələrini yalan hesab etməli deyil. Bu işi müşriklər və münafiqlər görürlər. Quran bizlərə bu əməlin nə qədər təhlükəli olduğunu bu cür bəyan edir: “Kim Allaha qarşı yalan uydurmuş və ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar”. (“Ənam” 21). Quran başqa ayəsində buyurur: “Buna görə də kim Allaha yalan yaxandan, ya Onun ayələrini təkzib edəndən daha zalımdır? Həqiqətən günahkarlar nicat tapmayacaqlar”. (“Yunus” 17). “Belə isə kim Allaha iftira yaxandan (Onun övladı və şəriki olmasına qail olandan) və həqiqət (peyğəmbərlik və sənin kitabın) ona çatanda onu təkzib edəndən daha zalımdır?! Məgər cəhənnəmdə kafirlər üçün yer yoxdur?!”. (“Zumər” 32). Hər kim Allaha yalan nisbət verər, əslində tövhidi inkar etmiş olar. Allaha yalan yaxmağın qollarından biri də şirkdir. Yəni, o insan ki, Allaha şərik qərar verər – tövhidi inkar etmiş olar. Allahın ayələrini inkar etmək – əslində nübuvvəti inkar etməkdir. Şirk – zülmdür. Allaha yalan yaxmaq – şirkdir və şirk – bir zülmdür. Bu zülm – etiqadi zülmdür. Beləliklə deyə bilərik ki, Allahın qəzəbinə düçar olanlar – ən çox kafirlər və müşriklərdir ki, tövhidi və nübuvvəti inkar etmiş olar. Allah Təala cəmi insanları bu ağır aqibətdən xilas etsin! /Deyerler.org/ Oxşar xəbərlər
|