Xəstəlik qorxusuna necə qalib gəlmək olar?
Mьəllif: admin1
Tarix: 10-04-2020, 22:14
Xəstəlik qorxusuna necə qalib gəlmək olar?
Həzrət Peyğəmbər (s) buyurur: “Xəstəlik, günahları məhv edər”.

İmam Səccad (ə) buyurur: “Bir gecə qızdırmaq – bir illik günahların kəffarəsidir”.

Bu gün insanlar xəstəlik üzündən çoxlu əsəb keçirir və yersiz yerə stresə düşürlər. Xəstəliyə qalib gəlmək üçün mütəxəssislər bir neçə yol təklif edirlər ki, onlarla tanış olaq.

1. Özünüzə etiraf edin ki, qorxursunuz. Hər bir insanda qorxu hissi özünü bir cür büruzə verər. Misal üçün, o zaman ki, nəyəsə əsəbiləşirik, deməli, nədənsə qorxuruq. Qorxu mənbəyini müəyyən etmək asan iş deyildir.

Ancaq əgər onun haqqında düşünsək, kökünü tapa bilərik. O zaman ki, bir şeydən qorxuruq – çalışaq ki, ondan uzaq olaq və onun haqqında düşünməyək. Özümüzə deyək ki, qorxmaq – zəiflik deməkdir.

2. Həyat tərzini dəyişdirmək. Həyat tərzinizi dəyişərək bu qorxuya qalib gələ bilərsiniz. Misal üçün gündəlik idmanlar, kofeini azaltmaq, sağlam qidalanmaq, gecəni yaxşı yatmaq kimi əməlləri yerinə yetirmək.

Yadda saxlayın ki, siz hər şeyi kontrol altında saxlaya bilməzsiniz. Ancaq stressi azalda bilərsiniz.

3. Özünüzə təlqin edin ki, sağlamsınız. 20 gün dalbadal özünüzə təlqin edin ki, “mən sağlamam”. Özünüzə etimadı yüksəldin.

4. Sağlam gəzintiyə çıxın. Boş vaxtınızı necə keçirəcəyinizə aid proqramınız olsun. Kitab oxuyun, gəzin, film izləyin, əzizlərinizlə söhbət edin...

5. Təhrikedici fikirlərə diqqət etməyin. İmkan verməyin ki, bu fikirlər zehninizə daxil olsun.

6. Mətbuatın dediklərinə çox şübhə ilə yanaşın. Çünki mətbuat bəzən insanları qorxutmaq üçün əlindən gələni edir. Ona görə də qoymayın ki, onlar sizin hisslərinizlə oynasınlar.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031