Havayı nəfəs neməti
Bu günlərdə çox təsirli bir hadisə məlum olmuşdur.
Belə ki, koronavirusun xüsusilə tüğyan etdiyi ölkələrdən bir olan İtaliyada, ibrətamiz bir olay yer almışdır. Burada 93 yaşlı bir ahıl insan, koronavirusdan nicat tapa bilmişdir. Xəstəxana təmsilçiləri, süni ağciyər aparatının yalnız bir günlük istifadəsi üçün həmin ahıl insana 5 min avroluq hesab təqdim etmişdirlər. Bunun müqabilində, ahıl insan hönkürtü ilə ağlamağa başlamışdır. Xəstəxana işçiləri, qocanın böyük məbləğ qarşılığında narahat olmasını fikir edərək, ona təsəlli verməyə, izahlar etməyə başlamışlar. Cavabında isə həmin kişi demişdir: “Mən hesabın böyüklüyündən narahat deyiləm. Hətta nəinki 1 gün üçün, istifadə etdiyim bütün günlər üçün hesabı ödəməyə hazıram. Məni ağladan odur ki, 93 ildir, hər gün Allah Təalanın mənə bəxş etdiyi nəfəs almaq nemətindən havayı, hər hansı bir təmənnasız-ödənişsiz istifadə edirəm, amma indiyə qədər bu neməti heç dərk də belə, etməmişdim...”. Allahım! Sən bizə saysız-hesabsız nemətlər bəxş etmisən. Müqabilində isə yalnız İNSAN olmağımızı istəmisən... Təbərrük üçün neməti dərk etməyə yardım edən buyuruşa diqqət edək. İmam Baqirdən (ə) gələn buyuruşda Uca Allahın insandan olan mühüm gözləntilərinə işarə edilmişdir: “Allaha and olsun ki, Allah insanlardan iki şeydən başqasını istəməmişdir: 1. Allahın nemətlərini etiraf etmək (şükür etmək) ki, neməti onlar üçün artırsın. 2. Günahlarını etiraf etmək (tövbə etmək) ki, Allah günahları bağışlasın”. Allah Təala bizləri nemətləri dərk edənlərdən və günahdan tövbə edərək, Ona doğru qayıdanlardan qərar versin, inşəallah! Hacı İlqar İbrahimoğlu Oxşar xəbərlər
|