Müvəffəq olmağın rəmzi 5 hərfdən ibarətdir
Mьəllif: admin1
Tarix: 12-05-2024, 11:02
Müvəffəq olmağın rəmzi 5 hərfdən ibarətdir
Müvəffəq olmağın rəmzi 5 hərfdən ibarətdir. Bu 5 hərf - əxlaq sözüdür. Məsələ burasındadır ki, heç bir iş əxlaq olmadan bir yerə gedib çıxmaz. Əgər iş həyatınızda əxlaqa riayət etsəniz, müvəffəq olarsınız.

Əxlaq elmi - ruhun həkimidir. Əgər əxlaqlı olsanız həm iş həyatında, həm də ailə həyatında müvəffəqiyyət qazananlardan olarsınız.

İş həyatında təsirli olan əxlaq amilləri:

- Məsuliyyətli olmaq. Belə bir insan başqaları üçün nümunə olar, çünki həssas və əxlaqlıdır. İşində düzgün olmağa əhəmiyyət verər. Məsuliyyətini yerinə yetirmək üçün səy göstərər və bunu ixlasla yerinə yetirər.

- Rəqabəti sevmək. Hər bir sahədə üstün olmaq istəyər. Özünə etimadı güclüdür. Öz peşəsində mahirdir, ciddidir. Öz vəziyyətindən razı deyildir, daha da yüksəlmək istəyir.

- Sadiqdir. Riyakarlığa qarşı müxalifdir. Öz vicdanına qulaq verər. Hər bir halda şərafətli olmağa diqqət edər, cəsurdur.

- Başqalarına hörmət edər. Başqalarının haqqına hörmət edər. Gözəl danışar və vaxtını dəyərini bilər. Təkcə öz mənafeyini güdməz.

- İctimai dəyərlərə hörmət edər. İctimai işlərdə fəaldır. Başqa mədənəiyyətlərə qarşı təəssübkeş deyildir.

- Ədalət və insaf sahibidir. Haqqın tərəfdarıdır. Hökm çıxardan zaman təəssübkeşlik etməz.

- Başqaları ilə həmdərd olar. Ürəyi yanan və rəhimlidir. Başqalarının müsibətinə şərik olar. Onları himayə edər. Başqalarının hisslərinə diqqət edər.

- Vəfadardır. Öz vəzifəsinə sadiqdir. Başqalarının sirdaşıdır.

Bu dünya çox sayda çətinlik və problemlə doludur. Ola bilsin ki, gözəl əxlaqa malik olanlar cəmiyyətdə ən yüksək dərəcələrə çatmasınlar.

Lakin hər bir halda, insalıqda yüksək məqama çatıblar. Hər bir halda əxlaqlı olmaq, insanı hər bir yerdə uca və böyük edər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930