Qurani-Kərimdə ədalət və onun müxtəlif yönləri
Mьəllif: admin1
Tarix: 17-04-2020, 16:40
Qurani-Kərimdə ədalət və onun müxtəlif yönləri
1. İnsanların ədalətli olması ilə bağlı ilahi əmr:

إِنَّ اللّهَ يَأْمُرُ بِالْعَدْلِ وَالإِحْسَانِ وَإِيتَاء ذِي الْقُرْبَى

“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqlarını verməyi əmr edir...” (“Nəhl”, 90.)

2. Peyğəmbərlərin göndərilməsində məqsəd – insanların bir-birilə ədalətlə rəftar etməsi:

لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ

“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə kitab və ölçü vasitəsi nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...” (“Hədid”, 25.)

3. İqtisadi məsələlərdə ədalətli olmaq:

أَوْفُواْ الْكَيْلَ وَالْمِيزَانَ بِالْقِسْطِ

“Ölçü və çəkini ədalətlə tam şəkildə verin.” (“Ənam”, 152.)

وَأَوْفُوا الْكَيْلَ إِذا كِلْتُمْ وَزِنُواْ بِالقِسْطَاسِ الْمُسْتَقِيمِ

“(Hər hansı bir malı) ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin...” (“İsra”, 35.)

4. Hökm çıxarmaqda ədalətli olmaq:

وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ

“…Əgər hökm etsən, aralarında ədalətlə hökm et. Allah ədalətliləri sevir!” (“Maidə”, 42.)

وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ

“...İnsanlar arasında hökm çıxaranda, ədalətlə hökm çıxarın...” (“Nisa”, 58.)

5. Şahidlik etdikdə ədalətli olmaq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ

“Ey iman gətirənlər! Allah qarşısında möhkəm dayanan və ədalətli şahidlər olun. Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin...” (“Maidə”, 8.)

6. Sənədin yazılması və tənzimlənməsində ədalətli olmaq:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ

“Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinizə borclu olduqda, onu yazın! Bunu (borc sənədini) aranızda bir nəfər katib ədalətlə yazmalıdır...” (“Bəqərə”, 282.)

7. Danışıqda ədalətli olmaq:

وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى

“...Danışanda qohumunuz olsa belə, ədalətli olun...” (“Ənam”, 152.)

8. İki küsülü arasında sülh və barışıq yaratdıqda ədalətli olmaq:

وَإِن طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا فَإِن بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَى فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ فَإِن فَاءتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

“Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun. Əgər (təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasında ədalətlə barışıq yaradın və insafla hərəkət edin ki, Allah insaflıları sevir!” (“Hucurat”, 9.)

9 və 10. Ailədə və yetimlərin qəyyumluğunda ədalətli olmaq:

وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ

“Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dördü ilə evlənin! Əgər (onlarla da) ədalətlə dolanmaqdan qorxarsınızsa, o halda, yalnız bir qadınla və ya sahib olduğunuz bir kənizlə kifayətlənin. Bu, ədalətli olmağa daha yaxındır.” (“Nisa”, 3.)

11. Müsəlmanlarla döyüşməyən kafirlərə qarşı ədalətli olmaq:

لَا يَنْهَاكُمُ اللَّهُ عَنِ الَّذِينَ لَمْ يُقَاتِلُوكُمْ فِي الدِّينِ وَلَمْ يُخْرِجُوكُم مِّن دِيَارِكُمْ أَن تَبَرُّوهُمْ وَتُقْسِطُوا إِلَيْهِمْ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ

“Allah din barəsində sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kəslərə yaxşılıq etməyi və onlarla ədalətlə davranmağı sizə qadağan etmir. Allah ədalətli olanları sevir!” (“Mumtəhinə”, 8.)

12. Ədalət – təqvaya doğru ən yaxın yol:

اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى

“...Ədalətli olun. O, təqvaya daha yaxındır...” (“Maidə”, 8.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031