Ayatullah Seyyid Əli Xamenei ağanin mövlud günüdür
Mьəllif: admin1
Tarix: 19-04-2023, 11:41
Ayatullah Seyyid Əli Xamenei ağanin mövlud günüdür

İslam İnqilabı Rəhbəri vəliyyi-fəqih Ayətullahul-uzma Seyyid Əli Xameneyi 1939-cu il aprelin 17-də, hicri-qəməri təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir.

Doğum şəhadətnaməsində iyulun 16-sına təsadüf edən (hicri-şəmsi təqvimlə) 24 tir 1318 tarixi qeyd edilsə də özü daha düzgün tarixin aprel ayında olduğunu bildirmişdir.

O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi. Əli Xameneyinin ata tərəfdən soyu məşhur seyidlərdən Sultan Seyyid Əhmədə çatır ki, o da Əhli-beytin (ə) dördüncü imamı Həzrət Əli ibn Hüseynin (ə) nəslindəndir. Bu nəslin böyükləri 19-cu əsrin ortalarında Azərbaycan vilayətinin Təbriz şəhərinə köç etmişlər.

Ana tərəfdən soyu isə Mirdamadilərə çatır ki, onlar da altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu Əbulhəsən Dilbaca bağlanırlar.

Təhsili

Dörd yaşında olarkən böyük qardaşı Seyyid Məhəmməd ilə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.

Elmiyyə hövzəsində

Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa din ustadlarından ərəb dilini öyrənmişdir.

O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.

O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğni” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur.

Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir.

Beləliklə, Ayətullah Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəcüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur.

Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.

Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xameneyi 1955-ci ildə (16 yaşında) Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.

1957-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyyid Möhsün Həkim, Seyyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və iki aydan sonra Məşhədə qayıtmışdır.

Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində

Ayətullah Xamenei 1958-1364-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir.

1964-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1968-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1964-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin, xəstə atasına da yetişirdi.

Tədrisləri

Seyyid Əli Xameneyi Məşhəd şəhərinə qayıtdıqdan sonra ilk günlərdən ali səviyyədə fiqh və üsul dərsləri (Rəsail, Məkasib və Kifayətul-üsul) verməyə başladı.

Əsasən dərslərini Mirzə Cəfər Mədrəsəsində verirdi. Dərsdə istifadə etdiyi mənbələrdən biri Seyyid Əbulqasim Xoyinin tələbələrindən olan Seyyid Əli Nəqi Heydərinin "Üsulil-istinbat fi-Üsulil-Fiqh" kitabı idi. Bu kitab Məşhəddə "Məalimul-üsul" yerinə tədris edilirdi. Xaric dərslərini 1970-ci ilə qədər davam etdirdi. Dərslərə 80-ə qədər tələbə qatılırdı.

Seyyid Əli Xameneyinin "Məkasib" dərslərinə 120-ə qədər tələbə qatılırdı və Məşhədin ən məşhur elmi məclislərindən sayılırdı.

Ayətullah Xameneyi ümumi camaat üçün də təfsir dərsləri təşkil etdi. Dini elm tələbələri üçün 1968-ci ildən verdiyi təfsir dərsləri 1977-ci ildə İranşəhrə sürgün olunana qədər davam etmişdir. Bundan başqa Həzrət Ayətullah prezidentlik dövründə təfsir dərslərinə davam etmişdir.

Seyyid Əli Xameneyi din tələbələrinin təkidlərindən sonra 1974-ci ilin mart ayından "Əqaid" dərsləri deməyə başladı. Dərslərini "Babi Hadi Əşər" kitabı əsasında tədris edirdi.

1989-cu ildə Ayətullah Xameneyi xarici-fiqh dərsləri deməyə başlamışdır. İndiyə qədər cihad, qisas, məkasibi-muhərrəmə bablarını tədris etmişdir.

Bu mövlud münasibəti ilə başda Hz Mehdi (ə.f) olmaqla bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031