‘Tur’ surəsini oxumağın fəziləti
Mьəllif: admin1
Tarix: 18-04-2020, 21:50
‘Tur’ surəsini oxumağın fəziləti
Məkkədə nazil olmuş və Qurani-Kərimin 52-ci surəsində yer almış “Tur“ surəsi 49 ayədən ibarətdir.

Bu surə də, əsas etibarilə, məaddan, yaxşı və pak insanların gözəl aqibəti, pis insanların və günahkarların isə acı taleyindən bəhs edən surələrın sırasına daxildir.

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə oxuyuruq:

مَن قَرَأَ سورَةَ وَالطُّورِ کانَ حَقّاً عَلَى اللّهِ أن یُؤمِنَهُ مِن عَذابِهِ وَأن یُنعِمَهُ فی جَنَّتِهِ

“Hər kim Tur surəsini oxusa, Allah haqq olaraq onu Öz əzabından amanda saxlayar və Behiştində nemətə qərq edər.“ (“Məcməul-bəyan“, c.9, səh.162 və “Təfsiri-Burhan“, c.4, səh.240.)

İmam Baqirdən (s) nəql olunan başqa bir hədisdə isə belə oxuyuruq:

مَن قَرَأَ سورَةَ الطُّورِ جَمَعَ اللّهُ لَهُ خَیرَ الدُّنیا وَالآخِرَةِ

“Hər kim “Tur” surəsini oxusa, Allah onun üçün dünya və axirət xeyrini toplayar.” (“Məcməul-bəyan“, c.9, səh.162 və “Təfsiri-Burhan“, c.4, səh.240.)

Məlum məsələdir ki, bu qədər savab və fəzilət o kəslərə aiddir ki, tilavəti təfəkkür etmək üçün bir vasitə olsun, təfəkkür etməsi də əməllə nəticələnsin.

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031