Ayətullah Xamenei koronavirus və Ramazan ayı ilə bağlı sualları cavablandırdı - Təfərrüat
İran İslam Respublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei, koronavirus və Ramzan ayının orucu ilə bağlı sualları cavablandırıb.
Ayətullah Xamenei, koronavirus və Ramazan ayı ilə bağlı ünvanlanan sualları belə cavablandırıb: Sual: Koronavirus epidemiyasının yayıldığı mövcud vəziyyətdə Ramazan ayında oruc tutmağın hökmü nədir? Cavab: Oruc ilahi bir vəzifə olaraq əslində Allahın bəndələrə verdiyi xüsusi nemətdir və insanın təkamülünün, mənəvi yüksəlişinin təməllərindən biridir. Orucun təsiri arasında mənəvi vəziyyətin və daxili saflığın, fərdi və ictimai təqvanın ortaya çıxması, əziyyətlərə qarşı müqavimət iradəsi və ruhunun gücləndirilməsi, insan bədəninin sağlamlığındakı rolu aydındır və Allah oruc tutan insanlar üçün böyük bir mükafat təyin etmişdir. Oruc dinin zərurətlərindəndir və İslam qanunlarının əsaslarından biridir. Ramazan ayında orucu tərk etmək caiz deyil. Yalnız bir şərtlə ki, şəxsin ağıla batan ehtimalı olsun ki, oruc tutmaq onda xəstəliyə səbəb olur. Və ya xəstəliyin kəskinləşməsi və uzanmasına səbəb ola və sağalması gecikdirə bilər. Bu hallarda oruc onun üzərindən götürülür, amma qəzasını sonra tutmaq vacibdir. Əlbətdə ki, bu təminat bir mütəxəssis və imanlı həkimin sözlərindən əldə olunsa kifayətdir. Buna görə bir insanın yuxarıda göstərilən mövzularda qorxusu və narahatlığı varsa və bu qorxunun ağıla batan bir mənşəyi olduğu təqdirdə oruc tutmaya bilər, amma qəzasını sonra tutmaq vacibdir. (eastnews.org) Oxşar xəbərlər
|