Allahı çoxlu yada salan, Ona çoxlu itaət edən, şükür və səbir edən - dəyərli insanın sifətləri
Mьəllif: admin1
Tarix: 21-04-2020, 21:53
Allahı çoxlu yada salan, Ona çoxlu itaət edən, şükür və səbir edən - dəyərli insanın sifətləri
İmam Cəfər Sadiqdən (ə) soruşurlar ki, Allah yanında ən əziz və dəyərli insan kimdir?

İmam (ə) buyurur: “O kəs ki, Allahı çoxlu yada salar və Ona çoxlu itaət edər”.

Soruşurlar: “Allah yanında nifrət olunan kəs kimdir?”.

İmam (ə) buyurur: “O kəs ki, Allahı ittiham edər”.

Soruşurlar: “Allahı ittiham edən kimsə vardırmı?”.

İmam (ə) buyurur: “Bəli, o kəs ki, Allahdan xeyir istəyər və ona çatan xeyirdən xoşu gəlməzsə və qəzəblənərsə, ona görə Allahı ittiham edər”.

“Başqa kim ittiham edər?”.

İmam (ə) buyurur: “O kəs ki, Allahdan şikayət edər”.

Soruşurlar: “Allahdan şikayət edən kimsə vardırmı?”.

İmam (ə) buyurur: “Bəli, o kəs ki, bəla görən zaman ona çatmamış şikayət edər və insanlara deyər”.

Soruşurlar: “Başqa kim?”.

İmam (ə) buyurur: “O kəs ki, ona əta olunan zaman şükür etməz. Bəla görən zaman səbir etməz”.

Soruşurlar: “Allah yanında ən dəyərli insan kimdir?”.

İmam (ə) buyurur: “O kəsdir ki, nə zaman ona əta olunsa şükür edər və bəla görməzsə, səbir edər”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031