Ramazan ayında Quranı xətm etməyin ən asan yolu
Misrin beynəlxalq dərəcəli məşhur qarisi Əbdülfəttah Taruti cari ilin mübarək Ramazan ayında koronavirus səbəbi ilə məscidlərin bağlanmasını önə çəkərək müsəlmanlara Qurani-Kərimin bu ayda daha sadə yol ilə xətm etmək yolunu göstərib.
Vəhy kəlamının nazil olduğu ayda dünya müsəlmanları Qurandan ayrı düşməsinlər və tam ciddiyyətləri Qurani-Kərimi tilavət etsinlər deyən Ə.Taruti bildirib ki, Mübarək Ramazan ayında Quranı xətm etmək üçün əvvəlcə Həmd surəsini tilavət edin. Sonra hər bir vacib namazın sonunda Quranın birinci cüzünün 4-dən birini, sonra dörddən ikisini və sonra da 4-dən üçünü oxuyun. Beləliklə gün ərzində çox asan və yorulmadan bir cüz Quran tilavət edəcəksiz. O əlavə edib ki, əgər hər bir müsəlman hər vacib namazdan sonra təkcə 2 səhifə Quran tilavət etsə, hər gün bir cüz Quran tilavət edə bilər. Bu isə hər ayın sonunda bir Quran xətmi deməkdir. Oxşar xəbərlər
|