Halaldan yeyin, nə az yeyin, nə də çox, zikrləri unutmayın
Mьəllif: admin1
Tarix: 23-04-2020, 20:40
Halaldan yeyin, nə az yeyin, nə də çox, zikrləri unutmayın
Rəcəb, Şəban və Ramazan ayları – insanın nəfsini islah etməsi üçün ən gözəl aylardan hesab olunur.

Bu yolda səy göstərmiş və böyük nəticələrə çatmış şəxsiyyətlərin həyatına nəzər salaq və onların tövsiyələrinə diqqət edək.

Ayətullah Seyyid Əli Qazi Təbatəbai.

Alim buyurur: “Sizlərə tövsiyə edirəm ki, xüsusilə bu üç ayda namazlarınızı vaxtında ən gözəl şəkildə yerinə yetirəsiniz. Bu vacib namazlar, nafilə namazları ilə birlikdə 51 rükət edir.

Əgər bacarmasanız, 44 rükət qılın. Əgər dünya məşğuliyyətləri imkan verməsə, ən azı gecə namazının nafiləsini qılın. Gecə namazından heç bir mömin qaça bilməz. O, möminin içəcəyidir.

Vacib namazlardan sonra Xanım Zəhranın (s.ə) təsbihatını etmək yaddan çıxmasın. Cümə günündə isə “Cameə” ziyarətini oxuyun”.

Molla Hüseynəli Həmədani.

Alim buyurur: “Ən mühümü – haram yeməklərdən qaçın. Halaldan başqasını yeməyin. Yeməyi az yeyin və həddini aşmayın. Nə o qədər ye ki, səni ağırlaşdırsın və əməldən saxlasın, nə də o qədər az yemə ki, səni zəiflətsin. Zəif insan ibadətdən çəkinər.

Müstəhəb aylarda bacardığın qədər oruc tut. Bir şərtlə ki, gecə gündüzün yerini doldurmayasan.

Namaza dayanan zaman müti və başıaşağı halda, qəlb hüzuru ilə dayan. Sübh namazından sonra 70 dəfə istiğfar et və “Lə iləhə illəllah”ı yüz dəfə de.

Məşhur “Sabah” duasını oxu. Xanımın (s.ə) təsbihini unutma. Hər gün bacardığın qədər dəstəmazlı və diqqətli halda Quran oxu.

Yatan zaman şəhadətləri de, “Ayətül-kürsü”nü, “Fatihə”, 4 dəfə “Tövhid” (“İxlas”) surəsini, 15 dəfə “Qədr” surəsini, “Ali-İmran” surəsinin 18-ci ayəsini oxumağı unutma. İstiğfar etsən yaxşı olar.

Bəzi vaxtlar çalış “Tövhid” surəsini 100 dəfə oxuyasan. Ölümdən qafil olma. Əlini sağ yanağına qoyub, sağ tərəfi üstə yat. Vəsiyyət etməkdən qafil olma. Bacardığın qədər Yunusiytə zikrini de”.

Ayətullah Şeyx Həsənəli İsfahani.

Alim buyurur: “Əgər insan öz vəzifəsinə əməl edərsə, Allah istədiyi mövzunu harada istəsə və nə zaman istəsə ona çatdırar. Namazın batini barəsində düşünün. Quran haqqında təfəkkür edin. “Xəmsə Əşərə” münacatından birini hər səhər oxuyun.

İki mövzu çox mühümdür: biri halal yeməkdir, ikincisi isə namaza diqqət edib, onu islah etməkdir. Əgər bu ikisi düzgün olarsa, qalanları da düzgün olacaqdır”.
(Deyerler.org/)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031