Sevgini bildirməyin yolları barədə dinimizin buyuruşlar
Mьəllif: admin1
Tarix: 3-10-2020, 21:55
Sevgini bildirməyin yolları barədə dinimizin buyuruşlar
Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Allaha ki, canım Onun əlindədir, mömin olmayınca, behiştə daxil olmazsınız.

Bir-birinizi sevməyincə, mömin olmazsınız. Sizə o şeyi tövsiyə edimmi ki, əgər ona əməl etsəniz bir-birinizi sevərsiniz? Bir-birinizin aranızda salam verməyi yayın”.


Sevgi elə bir haldır ki, insanla bir yerdə doğulur və ictimai amillərin təsiri altında formalaşır. Əgər bu amillər müsbət olarsa, sevgi qalıcı və davamlı olar.

Allaha sevgi bəsləmək və Allaha görə sevmək – ən pak və dəyərli məhəbbətdir. Bu tofiqata, Allah axtarışda olan saliklər çatar. Çünki onlar çalışar ki, bütün həyatları İlahi rəngə boyansın.

İmam Sadiq (ə) buyurur: “Həqiqətən imanın ən möhkəm kəndiri odur ki, sənin sevgin, bəxşiş və hədiyyən, qadağan Allah yolunda olsun. Allah düşməninin dostu – Allahın düşmənidir”.

Bəs başqalarına sevgimizi necə bildirək? Həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) bizə bu yolda tövsiyələr verir:

1. Dildə sevgi. Gərək sevdiyin insana onu sevdiyini söyləyəsən.

2. Rəftar sevgisi. Rəftarında bu sevgini təsdiq edəsən. Bunun üçün:

a). Hədiyyə alırsan. İmam Sadiq (ə) buyurur: “Bir-birinizə hədiyyə verin və bu yolla bir-birinizə sevgi göstərin ki, hədiyyə kini aradan aparar”.

b). Xoş əxlaq göstərirsən. İmam Baqir (ə) buyurur: “Yaxşı iş görmək və xoş üz göstərmək – sevgini cəlb etmək mənbəyidir”.

c). Yaxşı adla çağırırsan. Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey insanın müsəlman qardaşına olan sevgisinə səfa verər:

1. Nə zaman onu görsə, xoş üzlə rəftar edər.

2. Nə zaman qardaşı onun yanına gəlmək istəsə, onun üçün yer açar.

3. Ən çox sevdiyi adla onu çağırar”.


d). Əl vermək. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müsəlmanlar rastlaşar, bir-birinə əl verərlər, Allah onların günahlarını tökər, necə ki, yarpaq ağacdan tökülər”.

İmam Sadiq (ə) buyurur: “Bir-birinizə əl verin ki, əl vermək kini aradan aparar”.

e). Səxavət. İmam Rza (ə) buyurur: “Səxavətli insan Allaha, behiştə və insanlara daha yaxındır. Simic - Allahdan, behiştdən və insanlardan uzaqdır”.

f). Təvazökarlıq. İmam Əli (ə) buyurur: “Təvazökarlığın səmərəsi – məhəbbətdir”.

g). Sədaqət. İnsan başqasını sevən zaman ona yalan deməz. İmam Əli (ə) buyurur: “Sadiq insan sədaqəti ilə üç şeyi əldə edər: etimad, məhəbbət və xoşlanmaq”.

h). Hüsnü-zənn. İmam Əli (ə) buyurur: “O kəsin ki, insanlara hüsnü-zənni vardır, onlardan sevgi alar”.

i). İnsaf. İmam Əli (ə) buyurur: “İnsaf, sevginin davamlı olmasına səbəb olar”.

j). Ehtiram. Ehtiram ardınca hörmət gətirər.

k). Sevgini yazılı bildirmək. İmam Əli (ə) buyurur: “Məktub – sənin danışan dilindir”.

İmam Cavad (ə) buyurur: “Üç sifətlə məhəbbət əldə olunar: rəftarda insaflı olmaq, çətinlikdə (başqalarının) həmdərdi olmaq, pak ürəyə qayıtmaq”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı mömin o kəsdir ki, möminlərlə ünsiyyət qurar. O kəs ki, ünsiyyət qurmaz və qəbul etməz, onda xeyir yoxdur”.

İmam Əli (ə) buyurur: “Xeyirxahliq məhəbbət gətirər”.



Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930