İnsanın ağıllı olub-olmaması nədən bilinir?
Mьəllif: admin1
Tarix: 28-04-2020, 22:57
İnsanın ağıllı olub-olmaması nədən bilinir?
İslam dini biz müsəlmanlara buyurur ki, əgər danışmaq üçün ehtiyac yaranmasa sükut etməyi bacar. İmam Sadiq (ə) buyurur: “Sükut – fikrin aramlıq mənbəyidir”.

İmam Rza (ə) buyurur: “Ağılın nişanələri – agahlığa, səbir və sükuta malik olmaqdır. Sükut – hikmət qapılarındandır”.

Əxlaq alimləri buyurur ki, dil bədənin – ən bərəkətli üzvüdür və eyni zamanda – ən təhlükəli üzvdür. Bu kiçik üzvdən 30 böyük günah xaric ola bilər.

Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman o kəsdir ki, müsəlmanlar onun əlindən və dilindən asudə olarlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala Adəm övladlarına buyurur: “Ey Adəm övladı! Əgər dilin səni harama vadar etmək istəsə, mən onun qarşısını almaq üçün iki dodağı sənin ixtiyarında qərar vermişəm – ağzını bağla.

Əgər gözün səni harama tərəf aparmaq istəsə, mən göz qapaqlarını sənin ixtiyarında qoymuşam – onları bağla”.

Loğmanın hekayəsində də görürük ki, Loğmanın ağası ondan istəyir ki, onun üçün qoyun kəssin və onun ən yaxşı üzvünü onun üçün bişirib gətirsin. Loğman da dili və ürəyi bişirib gətirir.

Sonrakı gün isə istəyir ki, ən pis üzvünü bişirib gətirsin. Loğman yenə dili və ürəyi bişirib gətirir.

Ağası təəccüblənən zaman Loğman ona deyir: “Ürək və dil əgər pak olsa – hər şeydən daha yaxşıdır. Əgər napak olsa – hər şeydən daha xəbis və daha pisdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031