Başqalarından zərər görməmək üçün nə lazımdır?
İnsan fitri olaraq ictimai xəlq edilmişdir. Lakin bəzən bu cür həyat insanı əldən salır. Çünki cəmiyyətdə zülm artmışdır və insanlar bəzən hətta bir-birinə düşmən münasibəti də bəsləyir. Bəs bu cür zülmdən necə amanda qalmaq olar?
Bunun iki yolu vardır: 1. Ya gərək hamı ilə rabitəni kəsək, küsək və inzivaya çəkilək. Bu yol çox çətin və əziyyətvericidir. 2. Ya da başqaları ilə rabitə qurmağın məharət və hünərini öyrənək. Sonra da bu həyatdan ləzzət alaq. Seçim bizimlədir. Bunun üçün bəzi tövsiyələrə əməl etmək lazımdır: 1. Daxildən dəyişmək. “Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət və firavanlığı, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə, dəyişdirmir”. (“Rəd” 11). Siz bu həyatda heç kəsi dəyişdirə bilməzsiniz. Ən mühüm mərhələ - özünü dəyişdirməkdir. İnsan özü dəyişməyincə, həyat tərzi dəyşməz. İnsan ilk əvvəl gərək baxışlarını dəyişdirə bilsin. İnsanın fikir və düşüncələrinin inkişafla sıx rabitəsi vardır. Ona görə də insan daha az zərər görmək istəyirsə, ilk əvvəl öz baxışlarını və təfəkkürünü dəyişdirməlidir. 2. Pis əməl insanın özünə qayıdar. “Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər. Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir”. (“Nisa” 110-111). Qurani-Kərim buyurur ki, insana özündən çox ziyan vuran olmaz. İnsanın etdiyi bütün pis əməllər özünə qayıdar. Əgər insan başqasına zülm etsə, daha çox özünə ziyan vurmuş olar. Bu yolda zəif olmaq olmaz. Əgər ruhumuz zəif olsa, cahillərin rəftarından ən çox ziyanı biz çəkərik. Kamil insanlar cahillərlə rastlaşan zaman ən az zərər belə görməzlər. Onlar bu cür rabitələrdən kərim halda ayrılarlar. Əgər sən özünü sındırmasan, heç kəs səni sındırmaz. Əgər sən özünü kor etməsən,, heç kəs səni kor etməz. 3. Əgər hidayət olsanız, başqaları sizə ziyan vura bilməz. “Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz)”. (“Maidə” 105). Təkəbbür elə bir zəncirdir ki, insanın əl və ayağını bağlayar. İnsanı məhdud edər. Əgər təkəbbür sizi tərk etsə, daha sağlam düşünə bilərsiniz. Təkəbbür insanı tərk edən zaman, insan azad olar və bu azadlıqdan ləzzət alar. Əgər ideal insan məqamına çatmısınızsa, o zaman başqalarının ziyan vurması sizin üçün oyuncağa çevrilər. Sizi başqalarının pislikləri qarşısında qüvvətli edər. Kamil insan başqaları ilə çox rahat şəkildə rabitə qura bilir. Çünki başqalarının müsbət cəhətlərini görə bilir. Lakin adi insan başqalarının ancaq mənfi cəhətlərini görər və nöqsanlarını axtarar. Halbuki, insanın özü başdan-başa nöqsanla doludur. Təqva və həqiqi iman insana mülayimlik verir və səbirli edir. İnsan iman sayəsində şəxsiyyətini büruzə verər və fəal olar. /Deyerler.org/ Oxşar xəbərlər
|