Ramazan ayının 7 fəziləti – İmam Əlinin (ə) mübarək nəzəri ilə
Mьəllif: admin1
Tarix: 2-04-2023, 12:10
Ramazan ayının 7 fəziləti – İmam Əlinin (ə) mübarək nəzəri ilə
İbni Rəbiyə İmam Sadiqdən (ə) nəql edir ki, buyurubdur: “Əmirəl-möminin (ə) Ramazan ayının ilk günündə Kufə məsciddində xütbə oxudu və sonra Allahı ən üstün şəkildə həmd etdi. Peyğəmbərə (s) salavat göndərdi.

Sonra buyurdu:

1. Əhli-Beytin (ə) fəziləti kimi bir fəzilət. “Ey insanlar! Həqiqətən bu ay – o aydır ki, Allah fəzilət vermişdir. Bu ayın başqa aylara misalı biz Əhli-Beytin (ə) başqa insanlara fəziləti kimidir. Bu ay – elə aydır ki, səmanın qapıları, rəhmət qapıları, lütf qapıları açılar. Bu ayda cəhənnəmin qapıları bağlanar”.

2. Mələklər oruc tutanlara salam verərlər. “Bu ayda elə gecə vardır ki, mələklər səmadan yerə enərlər və fəcrə qədər Allahın izni ilə oruc tutan qadınlara və oruc tutan kişilərə salam verərlər”.

3. Orucu min ayın orucundan daha üstündür. “O Qədr gecəsidir ki, mənim vilayətim həmin gecədə Adəmin (ə) xilqətindən iki min il əvvəl təqdir olunmuşdur. Qədr gecəsinin orucu min ayın orucundan daha üstündür. Onda edilən yaxşı əməl min ayda edilən yaxşı əməldən daha üstündür”.

4. Onu qorumağı düşünmək. “Ey oruc tutan! Öz əməlin barəsində düşün. Sən bu ayda Allahın qonağısan. Bax gör gündüzlərində və gecələrində necəsən?

Əzalarını Allahın günahından necə qoruyursan? Diqqət et ki, gecələri yatıb qalmayasan, gündüzləri qafil olmayasan. Bu ay sənin əlindən gedər o halda ki, günahların təsiri çiynində qalarsa”.

5. Quranın oxunan ayələrinə əsasən behiştin dərəcələri. “Ey oruc tutan! Gecələri və gündüzləri Allaha Kitabını oxuyaraq yaxınlıq axtar.

Həqiqətən Allahın Kitabı – şəfaət edəndir ki, şəfaəti qəbul olar. O, onu tilavət edənləri Qiyamət günü şəfaət edəcəkdir. Oxuduğu Quran ayələrinin sayına görə yuxarı qalxacaqdır”.

6. Cəhənnəmdən azad olanlar saysız olar. “Həqiqətən, dostum və həbibim olan Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Ramazan ayının hər gecəsində iftar zamanı Allah bir dəstəni cəhənnəm atəşindən azad edər. Onların sayını ondan başqa heç kəs bilməz””.

7. Behişt – oruc tutanların mükafatıdır. “Qardaşım və əmim oğlu Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Hər kim Ramazan ayını oruc tutar, özünü İlahi haramlardan qoruyar – behişt feyzinə nail olacaqdır””.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031