Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür
Mьəllif: admin1
Tarix: 24-03-2024, 11:40
Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər bəndələr Ramazan ayının bərəkət və həqiqətlərindən agah olsaydılar, arzu edərdilər ki, Ramazan ayı bir il olsun”.

“Həqiqətən, səmanın qapıları Ramazan ayının birinci gecəsindən açılar və ayın son gecəsinə qədər bağlanmaz”.

“Əgər bilsəydiniz Ramazan ayında sizə nələr təqdir olunar, Allaha şükrünüzü artırardınız”.

“Allah mələkləri oruc tutanlar üçün dua etməyə vəzifələndirmişdir”.

İmam Əli (ə) buyurur: “Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür”.

“Dünya ləzzətlərindən nəfsin orucu - ən faydalı oruclardandır”.

“Allah günlərin içərisində cüməni, ayların içərisindən Ramazan ayını, gecələrin içərisindən Qədr gecəsini seçmişdir”.

“Oruc – özünü İlahi haramlardan saxlamaqdır, necə ki, insan yemək və içəcəkdən çəkinir”.

İmam Baqir (ə) buyurur: “Oruc və həcc qəlblərin aramlığına səbəb olar”.

İmam Sadiq (ə) buyurur: “Ən üstün ay – Ramazan ayıdır. Ramazan ayının qəlbi – Qədr gecəsidir”.

“Necə də gözəl aydır Ramazan ayı. O ay ki, Peyğəmbərin (s) zamanında bərəkətli adlandırılmışdı”.

İmam Hadi (ə) buyurur: “Allah Təala orucu vacib etmişdir ki, zəngin aclıq hissini keçirtsin, sonra yoxsula mehr göstərsin”.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031