Ustad Şəhriyar Pərhizkar kimdir?
Mьəllif: admin1
Tarix: 1-05-2020, 21:37
Ustad Şəhriyar Pərhizkar kimdir?
1964-cü ildə Tehranda, dünyaya göz açmış Şəhriyar Pərhizkar, dindar ailə mühitində boya-başa çatmışdır. Hələ erkən yaşlarından öz istəyi ilə, böyük həvəslə Qurani-Kərimin xoş ahənglərini dinləyərdi.

Valideynləri həmişə onu Quran əzbərləmə sessiyalarında iştirak etməyə həvəsləndirərdi. O qısa zamanda Quran oxumağı öyrəndi və daha sonralar öz yolunu məşhur Quran müəllimlərinin əhatəsində tapdı.

Pərhizkar Quran əzbərləmə metodu və təcvid elmini öyrənməklə yanaşı, eyni vaxtda ərəb qrammatikasını da öyrəndi və həmçinin Qurani-Kərimi əzbərləməyə başladı.

Beləliklə, dörd ildən az bir müddətdə bütün Quranı əzbərləməyə müvəffəq oldu. Müxtəlif Quran müsabiqələrində hifz və qiraət sahələri üzrə iştirak edərək yüksək rütbələr əldə etdi.

Belə ki, 1983-cü ildə Vəqflər və Xeyriyyə İşləri Birliyinin təşkil etdiyi müsabiqədə qiraət üzrə III yeri, 15-ci cüzün hifzi üzrə isə I yeri tutmuşdur.

Həmin birlik tərəfindən 1984-cü ildə təşkil olunmuş müsabiqədə isə bütün Quranın hifzi üzrə II yerə, Silahlı Qüvvələrin 1985-ci ildə keçirdiyi müsabiqədə qiraət üzrə I yerə layiq görülmüşdür.

Vəqflər birliyinin 1986-cı ildə keçirdiyi müsabiqədə Quranın tam hifzi üzrə I yeri tutmuşdur. Beynəlxalq rütbələrə gəlincə:

• Liviyada keçirilən beynəlmiləl Qurani-kərim müsabiqəsində 20 cüzün hifzi üzrə II yer (1981);

• İranda keçirilən beynəlxalq Quran müsabiqəsində 20 cüzün hifzi üzrə I yer (1983);

• Ərəbistanda təşkil olunmuş beynəlxalq müsabiqədə 20 cüzün hifzi üzrə II yer (1985);

• 1986-cı ildə İran İslam Respublikasındakı beynəlxalq müsabiqədə Quranın tam hifzi üzrə I yer, 1991-ci ildə Ərəbistanda keçirilən beynəlxalq Quran müsabiqəsində Quranın tam hifzi üzrə I yerə layiq görülmüşdür.

Digər Qurani fəaliyyətlərinə gəlincə ölkə üzrə müxtəlif Quran müsabiqələrində münsif olmuşdur. Həmçinin, 1992-ci ildə Malaziyada beynəlxalq Quran müsabiqəsində münsiflik etmişdir. Müxtəlif Qurani proqramların icrası məqsədilə Səudiyyə Ərəbistanı, Tanzaniya, Avstriya, Malaziya və Livan ölkələrinə səfər etmişdir.

Onun çox qiymətli və zəhmətlə ərsəyə gətirdiyi işləri arasında “Quran tilavətinin tamamlanması”, “Quranı xüsusi tərtillə oxumaq”da xüsusi yer tutur və bu İran İslam respublikasının səsi və Quran radiosunda yayınlanmışdır. Onun tilavət metodu Qurani-Kərimi əzəbər bilən (və bilməyən) minlərlə insan tərəfindən təqib edilir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031