Oruc tutmağın alıcısı Uca Allahın Özüdür
Mьəllif: admin1
Tarix: 3-04-2023, 14:21
Oruc tutmağın alıcısı Uca Allahın Özüdür
Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Adəm övladının gördüyü hər bir iş onun özündəndir, məgər oruc ki, Məndəndir. Onun savabını da Mən verərəm”. Yəni, oruc tutmağın alıcısı Uca Allahın Özüdür.

Hər kim bu hədisi dərk edər, orucun şirinliyini də başa düşmüş olar. Xüsusilə də isti günlərdə tutulan orucun savabları daha çoxdur.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Ramazan ayının orucunu Allah bizdən əvvəl heç bir keçmiş ümmətlərə vacib etməmişdir. Sual verirlər ki, bəs “Bəqərə” 183-cü ayəsi nə olacaqdır?

Həzrət (ə) buyurur: “Allah Ramazan ayının orucunu ancaq peyğəmbərlərə vacib etmişdir, nəinki ümmətlərə. Ancaq onun vasitəsilə bu ümməti (keçmiş ümmətlərdən) fəzilətli etmişdir. Onun orucunu Peyğəmbərə (s) və ümmətinə vacib etmişdir”.

İmam Səccad (ə) Ramazan ayı ilə vidalaşan zaman buyurur: “Sonra bu ayın vasitəsilə bizi başqa ümmətlərdən üstün etmişdir və onun iftixarını bizə nəsib etmişdir. Ona görə də Sənin əmrinlə onun günlərində oruc tutduq və Sənin yardımınla gecəni ibadətlə keçirtdik”.

Bəli, oruc həm də sağlamlıq deməkdir. Necə ki, Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”. İmam Əli (ə) buyurur: “Oruc sağlamlığın yarısıdır”. İmam Baqir (ə) buyurur: “Oruc, həcc qəlblərə aramlıq bəxş edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutan baxmayaraq ki, öz yatağında yatsa belə, o zamana qədər ki, müsəlmanın qeybətini etməz – Allaha ibadət halında olar”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Oruc tutanın cavabı – ibadətdir, nəfəs almağı – təsbihdir”.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir oruc tutan yoxdur ki, yemək yeyən dəstəyə daxil olsun, məgər o halda ki, bədəni təsbih edər və mələklər ona salavat göndərər. Mələklərin salavatı – bağışlanma istəməkdir”.

Rəhmət Peyğəmbəri (s) başqa yerdə buyurur: “Hər kimi orucu həvəs etdiyi yeməkdən saxlayar, Allahın üzərindədir ki, onu behişt yeməkləri ilə tox etsin. Behişt içəcəyindən ona içizdirsin”.

İmam Əli (ə) buyurur: “Oruc tutanın cavabı ibadətdir, susmağı təsbihdir, duası qəbul olar, əməli ikiqat olar. Həqiqətən oruc tutan üçün iftar zamanı elə bir dua vardır ki, Allah dərgahında rədd olunmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim könüllü olaraq oruc tutar, əgər yer qədər ona qızıl verilsə, əcrini kamil almış olmaz. Ancaq hesab günündə əcrini kamil alar”.

Bəs oruc tutanın mirası nədir?

Həzrət Peyğəmbər (s) bu sualı meracda olan zaman Allah Təalaya verir və Uca Allah buyurur: “Oruc, hikməti irs aparar, hikmət isə mərifəti, mərifət isə yəqinliyi.

Bəndə əgər yəqinliyə çatarsa, artıq onun üçün gecə və gündüzünü necə keçirtdiyinin əhəmiyyəti olmaz – istər çətinlikdə olsun, istərsə də asanlıqda”.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031