Dinimiz rəsm çəkməyə icazə verirmi?
Bəzən belə bir iddia səslənir ki, müqəddəs İslam dini rəsmi qadağan edir.
Burada qeyd etmək yerinə düşər ki, bu iddianın meydana gəlməsi – vəhhabi-təkfirçi ideologiyasından qaynaqlanan dezinformasiyadır. Belə ki, Buşdan Trampa qədər çeşidli Amerika siyasət rəhbərlərinin izlədiyi mühüm hədəflərdən biri – İslam dinini hər hansı mədəni irsə, o cümlədən incəsənətə qarşı olan bir fanatik təlim kimi qələmə vermək idi. Təbii ki, milyardlarla dollar büdcə hesabına dünyaya sırınan psevdo-İslam modeli izsiz ötüşə bilmədi. İslamofobik layihəyə cəlb edilən vəsait hesabına “Əl-Qaidə”dən və “Taliban”dan tutmuş, “Nüsrə cəbhəsi” və “İŞİD”-ə qədər çeşidli terror qruplaşmalarına ümumi sayları yüzminlərə muzdlu cəlb edilərək, çevik idarə edilən bir dağıdıcı struktur yaradıldı. Bu terror şəbəkəsi vasitəsilə müsəlman coğrafiyasında əsaslı dəyişikliklər edildi, hətta dünyada ilk terrorçu “dövlət” yaradıldı. Sual oluna bilinər ki, axı sionist İsrail rejimi, dövlət səviyyəsində bir terror fenomeni olaraq, artıq 72 ildir ki, mövcuddur? Cavabında deyə bilərik ki, bəli, bu, əlbəttə belədir, amma sionist rejim öz terror fəaliyyətini maskalanmış halda, müəyyən pərdələməklərlə həyata keçirirsə, İŞİD modelində bu, açıq və maskasız surətdə edilirdi. Uca Allaha şükürlər olsun, böyük mərcə alimlərinin ruhlandırdığı Əhli-Beyt (ə) yolçuları könüllülərinin fədakar mübarizəsi sayəsində, İŞİD-in qurduğu “dövlət” darmadağın edildi, terror çetesinin onurğa sütünu sındırıldı. Minlərlə kvadrat kilometr ərazi təkfirçi tör-töküntülərindən təmizləndi, qaçqınlar doğma evlərinə qayıtmağa başladı, vəziyyət ciddi nəzarətə götürüldü. Amma bu nəhəng iblisvari layihənin müəllifləri, yaratdıqları hərbi-terrorçu qruplaşma ilə yanaşı, paralel olaraq dünya çapında İslamı gözdən salma prosesinə önəm vermişdirlər. Və bu proses, bu gün də davam edir. O cümlədən, müsəlmanları, incəsənətə düşmən kəsilən bir aqressiv və qaba kütlə kimi ictimai rəyə yeritmək də sözügedən prosesin tərkib hissəsidir. Bəs həqiqətdə İslamın incəsənətə, o cümlədən rəsmə münasibəti necədir? Cavab üçün böyük mərcəyi-təqlid, ayətullahul-üzma Seyyid Əli Xameneyi cənablarının hökmünə müraciət edək. Bu mövzuda konseptual hökmlər belədir: - Heykəl düzəltməyin, rəsm çəkməyin, o cümlədən, canlı varlıqların üz cizgilərini çəkməyin maneəsi yoxdur... - Həmçinin rəsm tabloları və heykəlləri almaq, satmaq və saxlamaq olar. Onları sərgilərdə sərgiləməyin də maneəsi yoxdur... Təbii ki, bu mövzuda, digər sahələrdə olduğu kimi, bu işin fəsad yaymağa səbəb olmaması müddəası da var. Beləliklə, göründüyü kimi, İslam hüquqi məktəbində rəsm və heykəltəraşlığa icazə verilir. Hacı İlqar İbrahimoğlu Oxşar xəbərlər
|