Şəbaniyyə xütbəsindən çıxarılan 48 nəticə
Mьəllif: admin1
Tarix: 5-04-2023, 20:25
Şəbaniyyə xütbəsindən çıxarılan 48 nəticə
Ramazan ayı – İslam dinində xüsusi əzəmət və məqama malik olan aydır. Həzrət Peyğəmbər (s) məşhur “Şəbaniyyə” xütbəsində Ramazan ayının fəzilətlərini saymış və bizləri onun bərəkətlərindən agah etmişdir. Bu fəzilətlər ilə tanış olaq:

1. Ey insanlar! Rəhmət, bərəkət və günahların bağışlanması ilə birlikdə olan Allahın ayı sizə üz çevirmişdir.

2. Bu, elə aydır ki, bütün aylardan dəyərli və fəzilətlidir.

3. Gündüzləri – ən dəyərli gündüzlərdir.

4. Gecələri – ən fəzilətli gecələrdir.

5. Saatları – bütün saatlardan dəyərlidir.

6. Elə aydır ki, siz Allah qonaqlığına dəvət olunmusunuz.

7. Allah sizi bu ayda əziz tutmuşdur.

8. Ramazan ayında nəfəsləriniz təsbihdir.

9. Yuxunuz – Allahın ibadətidir.

10. Əməliniz – Allah dərgahında qəbul olandır.

11. Dualarınız bu əziz ayda qəbul olandır.

12. Düzgün niyyət və pak qəlblə Allahdan istəklərinizi istəyin.

13. İstəyin ki, sizə bu ayda oruc tutmaq tövfiqi versin.

14. Quran tilavətinə müvəffəq etsin.

15. Ən bədbəxt insan o kəsdir ki, bu ayda Allahın bağışlanmasında qərar tutmaz.

16. Bu ayın aclıq və susuzluğu ilə Qiyamət gününün aclıq və susuzluğunu xatırlayın.

17. Yoxsullara və məhrumlara sədəqə verin.

18. Ramazan ayında böyüklərinizə ehtiram edin.

19. Uşaqlarınıza və kiçiklərə sevginizi əsirgəməyin.

20. Bu ayda daha çox sileyi-rəhm edin.

21. Dilinizi nalayiq və çirkin sözlərdən saxlayın.

22. O şey ki, Allah sizə halal etməmişdir – ona gözünüzü yumun.

23. O şey ki, eşitməyiniz halal deyildir – ona qulaq asmayın.

24. Yetimlərə mehr və məhəbbət edin ki, sizin yetimlərə məhəbbət etsinlər.

25. Günahlarınıza görə tövbə edin.

26. Namaz zamanı iki əlinizi Allaha dua üçün yuxarı qaldırın.

27. Necə də bu anlar ən yaxşı anlardır!

28. Allah bu anda bəndələrinə mehr və lütflə nəzər salar.

29. Əgər Ondan istəsələr, cavab verər.

30. O zaman ki, Onu çağırarlar – “Ləbbeyk!” deyər.

31. Onların duasını yerinə yetirər.

32. Ey insanlar! Canınız, əməllərinizin girovundadır. Allahdan bağışlanma istəyərək, onu azad edin.

33. Çiyinlərinizdəki günah yükündən və çirkinliklərin ağırlığından uzun səcdələriniz ilə yüngülləşin.

34. Bilin ki, Allah Öz izzətinə and vermişdir ki, namazqılanlara və səcdə edənlərə əzab verməyəcəkdir.

35. Ey insanlar! Sizlərdən hər kim oruc tutan möminə iftar verərsə, sanki qul azad etmiş kimi olar. Allah keçmiş büdrəmələrindən keçər.

Bir nəfər deyir: “Ey Allahın Rəsulu! Bizim hamımızın iftar verməyə gücümüz yoxdur”.

Həzrət Peyğəmbər (s) buyurur: “Xurma parçası, bir qədər su ilə atəşi özünüzdən uzaqlaşdırın”.

36. Ey insanlar! Əgər kimsə bu ayda əxlaqını islah edərsə, onun üçün Siratdan keçmək icazəsi olar.

37. O kəs ki, bu ayda əlinin altında olanlara asanlıq edər, Allah hesabı onun üçün asan edər.

38. Bu ayda hər kimin ki, şərindən insanlar amanda olarlar – Allah Qiyamət günü qəzəbini ondan götürər.

39. O kəs ki, yetimə nəvaziş edər, Qiyamət günü Allahın nəvazişinə nail olacaqdır.

40. O kəs ki, sileyi-rəhm edər, Allah Qiyamət günü rəhmətini ona endirər.

41. O kəs ki, qohumluq əlaqəsini kəsər, Allah Qiyamət günü rəhmətini ondan uzaq edər.

42. O kəs ki, bəndəlik niyyətilə bir müstəhəb namaz qılar, Allah onun üçün cəhənnəm atəşindən bəraət hökmünü verər.

43. O kəs ki, bir vacibi yerinə yetirər, 70 vacibin savabı ona verilər.

44. O kəs ki, bu ayda mənə (Həzrət Peyğəmbərə (s)) çoxlu salavat göndərər, Allah Qiyamət günü əməl tərəzisinin yaxşı əməl gözünü ağır edər.

45. Hər kim bu ayda Qurandan bir ayə oxuyarsa, bir Quranı xətm etməyin savabına çatar.

46. Ey insanlar! Bu ayda behiştin qapıları açıqdır. Allahdan istəyin ki, onu sizin üzünüzə bağlamasın.

47. Cəhənnəmin qapıları sizə bağlıdır. Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın.

48. Şeytan bu ayda zəncirdədir. Allahdan istəyin ki, onu sizə hakim etməsin.
(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031