Oruc tutan insanın bütün üzvləri gərək imsak halında olsun
Mьəllif: admin1
Tarix: 7-04-2023, 21:19
Oruc tutan insanın bütün üzvləri gərək imsak halında olsun
Məsumlarımız (ə) buyurur ki, oruc ancaq yemək və içmək çəkinmək deyildir.

Orucun zahiri ədəbi ilə yanaşı, batini ədəbi vardır ki, hər şeydən daha mühümdür. Oruc tutan insan məhz orucun batini ilə seyr yoluna daxil olar və Allaha yaxın olar.

Əslində orucun həqiqəti onun batini ilə kamil olar. Misal üçün, buyururlar ki, hər kim din qardaşının arxasınca pis sözlər deyər, onun orucu batil olar.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, oruc tutursan, gərək bütün bədən üzvlərin imsak halında olsun”.

İnsan əgər dilini saxlaya bilmirsə və əli və ayağı günaha doğru gedirsə, bu insanın orucu batil olar. Bu səbəbdəndir ki, Məsumlarımız (ə) buyurur: “Nə qədər azdır oruc tutanlar və nə qədər çoxdur ac qalanlar”.

Həmçinin Əhli-Beytdən (ə) buyurulur: “O kəs ki, oruc tutar, ancaq əmanətə xəyanət edərsə və danışan zaman yalan deyərsə, sözünə əməl etməzsə – bu cür insan münafiqdir”.

İmamlarımız (ə) buyurur ki, haram mal yemək, başqalarının haqqını tapdalamaq, oruc olan qonşuya əziyyət vermək – orucu batil edər.

Bu saydıqlarımız orucun həqiqətləridir, məğzi deyildir. Orucun məğzi odur ki, bir cəmiyyət nəfsinə hakim olmağı bacarsın və bir millət azad və izzətli olsun. Çoxlu zəhmət çəksin və az israf etsin.

O millətlərin ki, izzəti-nəfsləri vardır – onlar orucdan ilham almışlardır. Çünki, orucun tərbiyəvi rolu vardır ki, onun sayəsində cəmiyyətin hər bir üzvü nəfsini islah edər və əxlaqını düzəldər. Cəmiyyətin tərəqqi etməsi üçün əlindən gələni edər. İsrafdan çəkinər və qənaətə üz tutar. Halal qazanc dalınca olar.

Hər bir halda deyə bilərik ki, orucun insan cisminə, mənəviyyatına, iqtisadiyyatına təsiri böyükdür və qurucu rola malikdir.

Allah bizlərə bu ayın fəzilətlərindən daha çox bəhrələnməyi nəsib etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031