Bu gün Behcət ağanın nəcib ruhunun mələkut aləminə yüksəlməsindən 11 il keçir
Mьəllif: admin1
Tarix: 17-05-2020, 13:49
Bu gün Behcət ağanın nəcib ruhunun mələkut aləminə yüksəlməsindən 11 il keçir
"İnna lillah və inna ileyhi raciun" - "Həqiqətən, biz hamımız Allahdanıq və qayıdış Ona doğrudur"

17 may 2009-cu il tarixində İslam aləminə ağır itki üz vermişdir. İslam dünyasının böyük mərcəyi-təqlidlərindən biri, əxlaq və ürfanın zirvələrindən olan Ayətullahul-üzma Muhəmməd Təqi Behcət cənabları 17 may 2009-cu il tarixində 96 yaşında vəfat etmişdir.

Bu münasibətlə müsəlman dünyasının bütün qədirbilən insanları dərin hüzn və kədərə qərq olmuşdurlar.

Böyük ustad Ayətullahul-üzma Muhəmməd Təqi Behcət 1913-cü ildə Gilan vilayətində dünyaya göz açmışdır. Uzun və bərəkətli ömrü ərzində bu ariflər şeyxi misilsiz irs qoymuş, əxlaq və ürfan üzrə yüzlərlə dəyərli alim yetişdirmişdir.

Həqiqi bəndə olmaq istəyənlər üçün Ağa Behcət hər zaman canlı nümunə olmuşdur. Onun nurlu yaşamı milyonlar üçün hidayət və təkamül vasitəsi olmuşdur.

Allah rəhmət eləsin!
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031