İnsanın qəlbi niyə bağlanır?
O qəlb ki, bağlanar – çirkli su sayəsində pas və zibil bağlamış daşa bənzəyər. O bulaq ki, şəffaf və təmizdir – onun üzərində olan daşlar da şəffaf və təmiz olar.
Ancaq o zaman ki, su çirkli olar, üzərindəki daşlar get-gedə zibil bağlayar və suyun axmasının qarşısını alarlar. Belə bir bulaq özü-öz yolunu bağlayar və quruyar. Qəlbin qıfıllanması da bu cürdür. Yavaş-yavaş çirk bağlayar və bu çirk, qəlbin yollarını bağlayar. Qurani-Kərim bu haqda buyurur: “Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır”. (“Mutəffifin” 12). Bu əməlləri ki, görüblər və o sözləri ki, deyiblər, o yeməkləri ki, yeyiblər, o baxışlarla ki, baxıblar, o yerlərə ki, getməməli deyildirlər, ancaq gediblər – bunların hamısı çirkdir. Qəlbin qıfılı günah və xatalardır. Belə qəlb Quranla munis olmaz. Onun haqqında düşünməz. Bu səbəbdəndir ki, deyər: “Belə isə məgər onlar bu Quran barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?”. (“Muhəmməd (s)” 24). Əgər insan Qurana yaxın olmazsa və onun barəsində təfəkkür etməzsə, qəlbi qıfıllanar ki, onun açarı ancaq tövbədir. /Deyerler.org/ Oxşar xəbərlər
|