Ömür sərmayəsi üçün ən üstün tətbiq
Mьəllif: admin1
Tarix: 27-05-2020, 16:47
Ömür sərmayəsi üçün ən üstün tətbiq
Ticarətin ən mühüm, ən mənalı növlərindən biri də axirət ticarətidir. Bəzən belə bir tacir dünyasını axirətinə satar. Bəzən də əksinə olar.

İmam Əli (ə) buyurur: “Ən faydalı insanlar o kəslərdir ki, dünyalarını satar və əvəzində axirətlərini satın alarlar”.

Əlbəttə, burada söhbət ömür sərmayəsindən gedir. Hər kim ömür sərmayəsini axirəti üçün xərcləyər – ən faydalı insanlardan hesab olunar və nicat tapar.

Ancaq əksinə, hər kim ömür sərmayəsini ancaq dünyası və dünya rifahı üçün xərcləyər, axirətini unudar – o, ən çox ziyan edənlərdən olar.

İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim özünü behiştdən qeyrisinə satar – özünə zülm etmiş olar”.

Bu ticarətdəki satılan mal – özündən keçmək və nəfsinin hakimi olmaq, dünya ləzzətlərini tərk etmək, saleh əməllərlə məşğul olmaqdır. Çünki bu bazarda ancaq belə malların alıcısı vardır.

İmam Əli (ə) buyurur: “Saleh əməl kimi ticarət və savab kimi faydadan qeyrisi mövcud deyildir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031