O şeyin ki, halal və haram olması sənin üçün aşkar deyildir…
İmam Əli (ə) Bəsrədəki məmuruna məktub yazaraq buyurur: “Ey Hənifin oğlu! Mənə xəbər gəlib çatmışdır ki, Bəsrənin cavanları səni vəliməyə dəvət ediblər. Sən də ona tərəf tələsmisən. Bax gör, bu süfrədə nəyi yeyə bilərsən.
O şeyin ki, halal və haram olması sənin üçün aşkar deyildir – ağzından tüpür. O şeylərin ki, pak hazırlanmasına yəqinin vardır – onları ye”. Xoş olsun o kəsin halına ki... Həzrət Əli (ə) buyurur: “Xoş olsun o kəsin halına ki, öz-özü ilə təvazökar olar, qazancı pak olar, daxilini saleh və əxlaqını layiqli edər. Qazancının artığını infaq edər və dilini boş söz danışmaqdan qoruyar”. Bada getmiş ümidlər... İmam Əli (ə) buyurur: “Ey insanlar! Allahdan qorxun. Çünki o qədər insan vardır ki, ümid və arzuya malik olub, ancaq ona çatmayıbdır. Bina tikib, ancaq onda yaşamayıbdır. Mal toplayıbdır, tezliklə onu buraxıbdır”. (Ölübdür). İmam Əli (ə) haram barəsində buyurur: “Evdə qəsb olmuş daşın olması, o evin viran olmasına zəmanətdir”. Haramlardan uzaq olmaq. İmam Əli (ə) buyurur: “O kəs ki, cəhənnəm atəşindən qorxar, haramlardan uzaq olar”. Zahidliyin tərifi. İmam Əli (ə) buyurur: “Ey insanlar! Zahidlik – arzuların qısa olması, nemət qarşısında şükür etmək, İlahi haramlar qarşısında təqvalı olmaqdır”. İmam Əli (ə) bu qısa buyuruşlarında bizləri halal və haramın əhəmiyyəti ilə tanış etmiş və haramlardan çəkinməyə dəvət etmişdir. Zahid olmağı tövsiyə etmişdir. Belə ki, zahid insanın arzuları qısa olar, nemətlər qarşısında şükür edər və təqvalı olduğu üçün haramlardan çəkinər. /Deyerler.org/ Oxşar xəbərlər
|