Yuxudan öncə hansı surə və zikrləri oxuyaq?
Mьəllif: admin1
Tarix: 30-05-2020, 11:12
Yuxudan öncə hansı surə və zikrləri oxuyaq?
Bir sıra çətinliklər və problemlərlə üz-üzə qalan və maşınlı həyatın acı nəticələrini təcrübə edən çağdaş dünyamızda bir çoxları gecəni rahat yata bilmir, sübh çağı isə yuxudan çox əzgin və yorğun oyanırlar.

Belə şəraitdə insana rahatlıq və aramlıq bəxş edə biləcək ən mühüm amil Allah zikri, şəfa adlanan Allah kəlamı – Quran ayələridir.

Odur ki, dini mətnlərimizdə yuxudan öncə aşağıdakı zikr və ayələrin oxunması tövsiyə olunur:

1. Müşküllərin açarı olan “salavat” demək;

2. “Fərəc” duasını zümzümə etmək;

3. İşləri mehriban Allaha həvalə etmək, Ona təvəkkül edərək belə demək:

اللَّهُمَّ لَا تَكِلْنِي إِلَى نَفْسِي طَرْفَةَ عَيْنٍ أَبَداً

(Əllahummə, lə təkilni ilə nəfsi tərfətə əynin əbədə.)

“İlahi, məni bir göz qırpımı qədər, əsla özbaşıma buraxma.”

4. Üç dəfə “Təsbihati-ərbəə”ni (Subhanəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu-əkbər) demək;

5. Üç dəfə “İxlas” surəsini oxumaq;

6. “Ayətül-kürsü”nü, “Nas”, “Fələq” və “Kafirun” surələrini oxumaq;

7. Möminlər və ölənlər üçün məğfirət diləmək;

8. Xanım Fatimeyi-Zəhranın (s.ə.) təsbihatını demək;

9. İmam Sadiq (ə) buyurur: Hər kim yatmaq istədikdə, bu zikri üç dəfə oxusa, anadan doğulduğu gün kimi, günahlardan paklanar:

الْحَمْدُ لِلَّهِ الَّذِي‏ عَلَا فَقَهَرَ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي بَطَنَ فَخَبَرَ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي مَلَكَ فَقَدَرَ وَ الْحَمْدُ لِلَّهِ الَّذِي‏ يُحْيِ الْمَوْتى‏ وَ يُمِيتُ الْأَحْيَاءَ وَ هُوَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ

(Əlhəmdu lilləhil-ləzi ələ fəqəhər. Vəlhəmdu lilləhil-ləzi bətənə fəxəbər. Vəlhəmdu lilləhil-ləzi mələkə fəqədər. Vəlhəmdu lilləhil-ləzi yuhyil-məvtə və yumitul-əhyə`. Və huvə ələ kulli şəy`in qədir.)

Xanım Fatimeyi-Zəhranın (s.ə.) yuxudan öncə oxuduğu zikr və dualar Bir gecə Xanım Fatimeyi-Zəhra (s.ə.) yatmaq üçün yatağına uzanmaq istədikdə, Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Fatimə can! Bu dörd əməli yerinə yetirməyincə yatma:

1. Quranı xətm et;

2. Peyğəmbərləri özünə şəfatəçi et;

3. Möminlərindən özündən razı sal;

4. Həcc və ümrə yerinə yetir.”

Peyğəmbəri-Əkrəm (s) bunu deyib namaz qılmağa başlayır. O Həzrət namazı bitirdikdən sonra Xanım Fatimeyi-Zəhra (s.ə.) soruşur: “Ya Rəsuləllah! Dörd əməli yerinə yetirməyimi əmr etdin, halbuki, bu anda onları yerinə yetirmək imkanına malik deyiləm.”

Peyğəmbəri-Əkrəm (s) təbəssüm edərək buyurdu: “Haçan üç dəfə “İxlas” surəsini tilavət etsən, sanki bir Quran xətm etmisən. Haçan mənə və öncəki peyğəmbərlərə salavat desən, Qiyamət günü biz sənə şəfaətçi olarıq.

Haçan möminlər üçün məğfirət diləsən (onların bağışlanmasını Allah-Taaladan istəsən), onların hamısını özündən razı salmısan.

Haçan “Subhanəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vəllahu-əkbər” desən, sanki həccə və ümrə yerinə yetirmisən. (“Üsuli-kafi”, “dua“ kitabı, c.4, hədis 3303; “Behcət”, c.1, səh.304.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031