Dua və sədəqələrin İmam Zaman ağanın (ə) sağlamlığına təsiri vardırmı?
Bəzi hədislərə əsasən, İmam Zaman ağa (ə.f) da adi insanlar kimi yaşayır və insanların arasındadır. Ona görə də bu əziz Ağa (ə.f) da İlahi peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) kimi xəstələnə bilər.
Bu səbəbdən İmam Sahib əz-Zaman (ə.f) üçün edilən duaların, verilən sədəqələrin təsiri vardır. İmamın (ə.f) da bizim bədənimiz kimi təbii vücudu vardır. Ola bilsin ki, soyuğun və ya istinin təsirindən xəstə olsun. Biz də İmamın (ə.f) sağlam olması üçün dua edir və sədəqə veririk ki, İmam (ə.f) həmişə sağlam qalsın. İmam Rza (ə) bizlərə İmam (ə.f) üçün necə dua edə biləcəyimizi öyrətmiş və buyurmuşdur: “Allahım! Hər cür bəlanı öz vəlindən uzaq et. Onu xəlq etdiyin bütün şeylərin şərindən qoru. Onu qarşısından, başının arxasından, sağ və solundan, göydən və yerdən gələn bəlalardan qoru!”. İmam Həsən Əsgəri (ə) belə dua edərdi: “Allahım! Onu Öz pənahında qərar ver ki, təcavüz edənlərin şərindən amanda olsun. Allahım! Onu o şeylərdən amanda saxla ki, ona görə qorxuram. Onun pisliyini istəyənlərin ona tərəf atdıqları hiylə oxunu aradan qaldır!”. Əlbəttə, Allah Təala Öz vəlisinin hər cür bəlalardan qoruyur. Lakin bizim də vəzifəmizdir ki, Həzrətin (ə.f) sağlamlığı üçün çalışaq. Bu yolla Həzrətə (ə.f) olan eşqimizi bəyan edək. Bunu da qeyd etməliyik ki, İmam (ə.f) üçün etdiyimiz dualar, o Həzrətə (ə.f) təsir etməzdən əvvəl, bizim özümüzə təsir edər. Hər bir halda İmam (ə.f) üçün edilən duaların və sədəqələrin çoxlu bərəkətləri vardır. Onlarla tanış olaq: 1. Müsəlmanların o Həzrətə (ə.f) sevgisinin əlamətidir. 2. Həzrətlə (ə.f) əhdi təzələməkdir. 3. İmamın (ə.f) adını müntəzirlərin qəlbində diri saxlamaqdır. 4. Hər kim İmamı (ə.f) sevər – o Həzrəti (ə.f) incidən əməllərdən çəkinər. 5. Duanın təsiri çox böyükdür və fərəcin tezləşməsinə yardım edir. 6. Dua və sədəqə kimi əməllər İlahi qürbə səbəb olar. /Deyerler.org/ Oxşar xəbərlər
|