Qiyamətin çətinliklərindən uzaq olmaq üçün nə edək?
Mьəllif: admin1
Tarix: 3-06-2020, 00:34
Qiyamətin çətinliklərindən uzaq olmaq üçün nə edək?
Qiyamətin çətinliklərindən uzaq olmaq üçün hədislərimiz bəzi yollar tövsiyə etmiş və hallar bəyan etmişdir ki, onlarla tanış olaq.

1. “Yusif” surəsini oxumaq. Hədislərdə oxuyuruq ki, hər kim hər gün və ya hər axşam “Yusif” surəsini oxuyarsa, Qiyamət günü məhşur olan zaman siması Həzrət Yusif (ə) kimi olar və ona Qiyamətin qorxusu çatmaz.

2. Namazlarda “Duxan” surəsini oxumaq. İmam Baqir (ə) buyurur ki, hər kim “Duxan” surəsini vacib və nafilə namazlarında oxuyarsa, Allah onu o kəslərdən qərar verər ki, əmin və qorxusuz halda məbus olar.

3. Hər cümə günü “Əhqaf” surəsini oxumaq. İmam Cəfər Sadiq (ə) buyurur ki, hər kim “Əhqaf” surəsini hər axşam və ya hər cümə günü oxuyarsa, ona dünyada qorxu çatmaz. Allah onu Qiyamətin qorxusundan amanda saxlayar.

4. Müstəhəb namazlarda “Əsr” surəsini oxumaq. İmam Cəfər Sadiq (ə) buyurur ki, hər kim “Əsr” surəsini nafilə namazlarında oxuyarsa, Qiyamət günü aydın üzlə məhşur olar. Gözü aydın olar o zamana qədər ki, behiştə daxil olar.

5. Ağsaqqalara ehtiram göstərmək. Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim İslam yolunda saçını ağartmışlara ehtiram göstərərsə, Allah ona Qiyamət qorxusundan aman verər.

6. Məkkə yolunda ölənlər. Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim Məkkə yolunda ölərsə, istər gedən zaman olsun, istərsə də qayıdan zaman – Qiyamət gününün böyük qorxusundan amanda olar.

7. Əmmarə nəfsi öz düşməni bilmək. Hər kim əmmarə nəfsini düşmən bilərsə, Allah ona Qiyamət gününün qorxusundan aman verər.

8. Qəzəbi yatızdırmaq. İmam Baqir (ə) buyurur ki, hər kim qəzəbini yatızdırarsa, Allah Təala onun qəlbini Qiyamət gününün imanı ilə doldurar.

9. Əhli-Beyti (ə) sevmək. Əhli-Beyti (ə) sevmək – Qiyamət qorxusundan amanda qalmağın ən mühüm amillərindən biridir.

10. Möminlərə yardım etmək. İmam Sadiq (ə) buyurur ki, hər kim qəmli və təşnə qardaşına yardım edərsə, qəmini aradan apararsa və ya istəyini yerinə yetirərsə – ona Allah tərəfindən 72 rəhmət olar. Onlardan birini Allah ona dünyada verər.

71 rəhmət isə Qiyamət gününün qorxusunu aradan aparmaq üçün olar.

Uca Allah bizlərə Qiyamət gününün qorxusundan aman versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031