Bu insanların hacətləri yerinə yetirilər, bəlalardan amanda qalarlar
Mьəllif: admin1
Tarix: 3-06-2020, 22:44
Bu insanların hacətləri yerinə yetirilər, bəlalardan amanda qalarlar
Uca Allahın rəhməti ilə, insan bəzi əməlləri yetirərkən, böyük lütflərə qərq ola bilir. Bu əməllərdən ən mühümlərindən biri – namaza lazımi diqqəti göstərməkdir.

Namazın haqqını əda etmək baxımından ən çox vurğulanan mövzu – namazda hüzuri-qəlbə malik olmaq və namazı əvvəl vaxtda qılmaqdır.

Namazda qəlb hüzurunun olması – mühüm mövzulardandır. Çünki əgər namazı qəlb hüzuru ilə qılarıqsa, ona ruh verər və can verərik. Əks halda, cansız bir cisim kimi göyə göndərərik.

Namazı əvvəl vaxtda qılmaq isə insanı nizama salar və namazı qəlb hüzuru ilə qılmasına səbəb olar. Namazı əvvəl vaxtda qılmağın dünya və axirət bərəkətləri vardır ki, onlarla tanış olaq:

1. Behişti təmin edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: “Bu beş namaz vacibatdır. Ona görə də o kəs ki, bu namazları vaxtında yerinə yetirər, Qiyamət günü Mənimlə görüşəcəkdir. Mənim öhdəmdədir ki, onu behiştə daxil edim””.

2. Hacətin yerinə yetməsi. İmam Həsən Əsgəri (ə) buyurur: “Musa ibni İmran (ə) Allahla söhbət edir və Allahdan soruşur: “Allahım! Namazını əvvəl vaxtda qılan insanın mükafatı nədir?”.

Allah buyurur: “Xahiş və istəklərini yerinə yetirərəm və behişti onun üçün mübah edərəm””.

3. Dünya bəlalarından amanda qalar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Sübhan Allah göydən bəla nazil edir, Quranı həml edənlər, Günəşin vaxtına riayət edənlər, yəni o kəslər ki, namazın vaxtına riayət edərlər, məscidi abad edənlər – bu bəladan amandadırlar”.

4. Günah atəşi sönər. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, hər namazın vaxtı gəlib çatar, mələk insanların arasında səslənər: “Ayağa qalxın, namaz vasitəsilə özünüz yandırdığınız günah atəşini söndürün””.

5. Ölən zaman əqidədə sabit qalmaq. İmam Sadiq (ə) buyurur: “Ölən zaman Ölüm Mələyi, namazın vaxtına riayət edəndən (bəndədən) şeytanı dəf edər, bu halda şəhadətləri ona təlqin edər”.

6. Namaz onun üçün dua edər. İmam Baqir (ə) buyurur: “Nə zaman namaz əvvəli vaxt göyə qalxar, sahibinə tərəf ağ və parlayan halda geri qayıdar, ona xitab edər: “Məni qorudun, Allah da səni qorusun””.

7. Həzrət Peyğəmbərin (s) zəmanəti. Həzrət Peyğəmbər (s) buyurur: “O bəndə ki, namazın vaxtına nəzarət edər, mən onun üçün ölüm anında rahatlığı, dərd və qəmi dəf etməyi, cəhənnəm atəşindən nicatı zəmanət edirəm”.

8. Qəflətdən amanda qalmaq. İmam Baqir (ə) buyurur: “O mömin ki, namazına nəzarət edər, onu vaxtında yerinə yetirər – qafil insanlardan hesab olunmaz”.

Allah Təala bizləri bu mübarək sıralarda qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031