Həqiqi şükür necə olur?
Mьəllif: admin1
Tarix: 4-06-2020, 16:52
Həqiqi şükür necə olur?
Həzrət Davud (ə) Uca Allahdan soruşur: “Ey mənim mövlam! Əgər Sənin şükrünü Sənin razı olacağın həddə yerinə yetirmək istəsəm, nə edim?”.

Cavab gəlir: “O neməti ki, sənə əta etmişəm, elə həmin yolda xərclə ki, ona göstəriş vermişəm. Neməti müəyyən olunmuş yerində xərcləmək – Mənim şükrümün eynidir””.

Bu hədisə əsasən, insanın etdiyi hər bir günah – Allaha naşükürlük etmək deməkdir. Allah bu zaman həmin nemətlərini bəndələrindən alar.

Ona görə də Allahın bizə verdiyi nemətləri hava və nəfsimiz yolunda xərcləyə bilmərik. Əksinə, onlardan dünya və axirətimizi abad etmək üçün istifadə etməliyik. Əks halda İlahi əzaba düçar olarıq. Heç bir qüdrət bizi o əzabdan xilas edə bilməz.

Ehtiyatlı olmalıyıq ki, Allahın neməti bizi qafil etməsin. Allah bu nemətləri xoşbəxt olmağımız üçün əta etmişdir. Ona görə də nemətin qədrini bilək və onu xərcləməyin yollarını Qurandan və Əhli-Beytdən (ə) öyrənək.

Mənəvi nemətlər qarşısında daha çox məsuliyyət hiss edək. Çünki əgər onlardan düzgün istifadə etsək, təkamül edə bilərik.

Qiyamət günü insandan bu nemətlərin hamısı barəsində sual olunacaqdır.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Allah Təalanın qarşısında ayaqlar hərəkət etməz, məgər o zaman ki, ondan dörd sual soruşular.

Ömrünü və bədənini hansı yolda sərf etmisən, sərvəti haradan əldə etmisən və harada xərcləmisən. Biz Əhli-Beytin (ə) eşqi barəsində ondan sual olunacaqdır”.

Bir nəfər Həzrətə (s) deyir: “Sizin sevginizin əlaməti nədir?”.

Həzrət (s) öz mübarək əlini Əli ibni Əbitalibin (ə) başına qoyur və buyurur: “Bu kişiyə sevgi bəsləməkdir”.

Ömrün şükrü odur ki, onu Allaha itaət üçün xərcləyəsən. Bədənin şükrü odur ki, Allaha ibadət edəsən, xəlqə xidmət edəsən, ruzini halal yolla qazanasan və onu halal yolda xərcləyəsən.

İmamlar (ə) nemətinə şükür etmək odur ki, onları sevəsən və əmrlərini yerinə yetirəsən. Qadağa etdiyi şeylərdən çəkinəsən.

Beləliklə, deyə bilərik ki, həqiqi şükür odur ki, Allahın verdiyi neməti hədəfi yolunda xərcləyəsən. Yəni, Allah həmin neməti nə üçün veribdirsə, o yolda onu xərcləyəsən.

Onunla günah etməyəsən, əksinə – Allaha itaət yolunda ondan istifadə edəsən. Bu zaman həmin nemətin şükrünü yerinə yetirmiş olarsan.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031