İnsanlar nemətlərlə bu cür rəftar edərlər – 4 qrup
Uca Allah insanlara nemət əta edər ki, onun vasitəsilə daha rahat həyat sürə bilsinlər. Nemətlər qarşısında insanların dörd dəstəsi vardır ki, onlarla tanış olaq.
1. Bu insanlar əvvəldən neməti qəbul etməkdən imtina edərlər və neməti istər maddi olsun, istərsə də mənəvi – qəbul etməzlər. Onlar tənbəllik edər və məsuliyyət altına girməzlər. Fəsada düçar olarlar və Allahın dinini qəbul etməzlər. Zəlillik yolunu seçərlər. 2. Bu insanlar həm maddi və həm də mənəvi nemətləri qəbul edərlər. Ancaq onu xərcləyən zaman simiclik edərlər. Onu infaq etməzlər. Əgər onlar alim olsalar, bu halda öz elmlərini başqalarına ötürməkdə simiclik edərlər. 3. O insanlar ki, nemətləri qəbul edərlər, ancaq onu Allah yolunda xərcləməzlər. Saray alimləri kimi. Və yaxud sərvəti yığıb, onu heç kəsə verməyən varlılar kimi. 4. O insanlar ki, maddi və mənəvi nemətləri qəbul edərlər və özlərini bu nemətə qarşı əmanətdar hesab edərlər. Həmin nemətləri Allahın istədiyi kimi xərcləyərlər. Uca Allah bu bəndələrini şakir adlandırır. İmam Sadiq (ə) buyurur: “Şükür odur ki, (Allahın) neməti ilə günah etməyəsən, onun əmr və nəhyinə qarşı müxalif olmayasan”. Allahım, bizləri şakirlərdən qərar ver! /Deyerler.org/ Oxşar xəbərlər
|