Qəm-qüssədən qurtuluş yolu
Peyğəmbəri-Əkrəm (s) və Əhli-beytin (ə) nurlu kəlamlarında tövbə və istiğfar etmək, mehriban Allahdan məğfirət və üzr diləmək çətinliklərdən qurtulmaq və qəm-qüssənin aradan qalxmasında mühüm amillərindən biri kimi qeyd olunmuşdur.
Peyğəmbəri-Əkrəm (s) gözəl bir kəlamında buyurmuşdur: مَنْ کَثُرَ هُمُومُهُ فَلْیُکْثِرْ مِنَ الِاسْتِغْفَارِ “Qəm-qüssəsi çox olan çoxlu istiğfar etsin (Allahdan bağışlanma diləsin).” (“Nəvadir”, Ravəndi, səh.16.) O Həzrət başqa bir kəlamında istiğfarın təsir dairəsinin daha geniş olduğunu vurğulamış və buyurmuşdur: عَلَیْکَ بِالاسْتِغْفَارِ فَإِنَّهُ الْمَنْجَاةُ “Sənə istiğfar etməyi tövsiyə edirəm ki, həqiqətən o, (çətinliklər zamanı) nicatvericidir.” (“Nəvadir”, Ravəndi, səh.5.) Məhəmməd ibn Rəyyan deyir: İmam Muhəmməd Təqiyə (ə) bir məktub yazıb insana nazil olan bəladan, cansıxan çətinliklərdən və üzücü qüssələrdən qutrulmaq üçün o Həzrətdən dua istədim və istəyimi də təkidlə vurğuladım. O Həzrətin əziz ata-babaları öz dostlarına xas mətləblər öyətdikləri kimi, mən də o Həzrətdən mənə xas bir dua öyrətməsini xahiş etdim. Həzrət məktubumun cavabında belə qeyd etmişdi: الْزَمِ الِاسْتِغْفَارَ “Həmişə və hər zaman istiğfar et.” (“Səfinətul-bihar”, c.6, səh.658.) Peyğəmbəri-Əkrəm (s) ürəkoxşayan bir kəlamında həyatın dolambacları və çətinliklərindən qurtulmaq üçün Allahdan tez-tez günahların bağışlanmağını istəməyi tövsiyə etmiş və buyurmuşdur: مَنْ أَکْثَرَ الِاسْتِغْفَارَ جَعَلَ اللَّهُ لَهُ مِنْ کُلِّ هَمٍّ فَرَجاً وَ مِنْ کُلِّ ضِیقٍ مَخْرَجاً وَ رَزَقَهُ مِنْ حَیْثُ لَا یَحْتَسِبُ “Hər kim çoxlu istiğfar etsə, hər qüssədən bir qurtuluş, hər sıxıntıdan bir çıxış yolu qərar verər və güman etmədiyi yerdən ruzisini yetirər.” (“Biharul-ənvar”, c.74, səh.172.) Bəzi rəvayətlərdə istiğfar bəlaları dəf edən amil kimi tanıtdırılmışdır. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: اِدْفَعُوا اَبْوَابَ الْبَلاَیا بِالْاِسْتِغْفَار “Bəla qapılarını istiğfar etməklə bağlayın.” (“Mizanul-hikmə”, hədis 15083.) Maide.az Oxşar xəbərlər
|