Alimlərin üzərinə düşən ən mühüm məsuliyyət
Mьəllif: admin1
Tarix: 18-06-2020, 10:14
Alimlərin üzərinə düşən ən mühüm məsuliyyət
Allah-Taala Qurani-Kərimin “Maidə” surəsinin 63-cü ayəsində buyurur:

لَوْلاَ يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالأَحْبَارُ عَن قَوْلِهِمُ الإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَصْنَعُونَ

“Nə üçün məsihi və yəhudi alimləri onları günah sözdən və haram mal yeməkdən çəkindirmirlər? Onların işi necə də pisdir?!”

“Rəbbaniyyun” sözü məsihi alimlərinə, “əhbar” sözü yəhudi alimlərinə işarədir.

İmam Əli (ə) bir xütbəsində buyurur: “Allah ötən qövmləri yalnız əmr be məruf (yaxşılığa dəvət) və nəhy əz münkəri (pislikdən çəkindirmə) tərk etdikləri üçün lənətlədi. Allah avamları günaha batdıqları üçün, alimləri nəhy əz münkəri tərk etdikləri üçün lənətlədi.

İmam Hüseyn (ə) bu ayə haqqında buyurmuşdur: “Alimlərin susmasının, əmr be məruf və nəhy əz münkəri tərk etməsinin səbəbi ya zalımların mənafeyinə tamah, ya da onlardan qorxudur.” (“Biharul-ənvar”, c.100, səh.79.)

Bildirişlər

1. Əmr be məruf və nəhy əz münkərin məsuliyyəti hamıdan qabaq alimlərin üzərinə düşür.

2. Alimlərin sükutu və biganəliyi fəsadın yayılmasına zəmin yaradır.

3. Alimlər güclü olmalıdırlar ki, moizə və dəvətdən əlavə, fəsadın qarşısını da alsınlar.

4. Əgər nəhy əz münkər günahın qarşısını almasa da, heç olmasa onun sürətini azaldar.

5. Kitab əhlindən olan alimlər öz vəzifələrinə ən aşağı həddə belə əməl etmədilər.

6. Elmin gözəlliyi onun izharında, çirkinliyi isə sükut və onu gizlətməkdədir.

7. Alimin sükutu xatakarın günahından daha pisdir.

8. Günahın aşkarlığı, günahkarların çoxluğu, günahın çeşidliliyi alimlərin sükutuna səbəb ola bilməz. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 3-cü cild, “Maidə” surəsi, 63-cü ayənin təfsiri.)


Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031