Allah yanında ən sevimli infaq – haqqı deməkdir
Mьəllif: admin1
Tarix: 28-06-2020, 23:32
Allah yanında ən sevimli infaq – haqqı deməkdir
“Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə və tam şəkildə ədaləti bərqərar edin və Allaha görə şahidlik edin”. (“Nisa” 135).

Həzrət Peyğəmbər (s) buyurur: “Ən təqvalı insan o kəsdir ki, haqqı deyər, istər xeyirinə olsun, istərsə də ziyanına”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Mömin heç bir infaqı Allah Təala yanında ondan sevimli deyildir ki, qəzəblənən və razı olan zaman haqqı desin”.

Əmirəl-möminin (ə) buyurur: “Peyğəmbərin (s) qılıncının qulpunda yazılmışdı: “Haqqı de, baxmayaraq ki, sənin əleyhinə olsa belə””.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Allah yanında ən üstün insan o kəsdir ki, haqqa əməl etməyi batilə əməl etməkdən daha çox sevir. Baxmayaraq ki, onun üçün ziyanlı olsa belə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Məbada insanlardan qorxmaq ona mane olar ki, insan haqqı bilər və deməz. Bilin ki, sözün ən üstün cihadı – haqdır ki, zalım və yolunu azmış rəhbər qarşısında deyilər”.

İmam Sadiq (ə) buyurur: “Qiyamət günü üç nəfər bütün insanlardan Allaha daha yaxın olacaqdır. (Onlardan biri) o insandır ki, haqqı əleyhinə və ya lehinə desin”.

İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: “Həqiqi imanın nişanəsi odur ki, haqqı baxmayaraq ki, ziyanınadır, batildən üstün biləsən”.

İmam Sadiq (ə) buyurur: “Möminin mömin üzərində yeddi haqqı vardır: onların ən vacibi budur ki, haqqı desin. Baxmayaraq ki, özünün, ata və anasının əleyhinə olsa belə. Onlara xatir haqdan əl çəkməsin”.

Beləliklə, bu nurani hədislərdən belə nəticə çıxartmaq olar ki, mömin üçün ən gözəl infaq – haqqı deməkdir. İstər bu haqq onun xeyirinə olsun, istərsə də əleyhinə.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031