Başqalarının sirrini öyrənmək olarmı?
Mьəllif: admin1
Tarix: 30-06-2020, 23:19
Başqalarının sirrini öyrənmək olarmı?
O kəs ki, insanlara qarşı bədgüman olar, onun sirlərini öyrənməyə çalışar ki, öz bədgümanlığı üçün şahid əldə etsin. O, bu yolla başqalarının əmin-amanlığını xətərə salmış olar.

İnsanların sirrini açmağa çalışmaq, əslində sui-zəndən qaynaqlanır.

Nəticədə sui-zənni gücləndirər.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən pis insanlar – bəd güman bəsləyənlər və bədgümanların ən fasidi isə insanların sirrini açmağa çalışanlardır. İnsanların sirrini açmağa çalışanların ən alçağı – onların ən çox danışanıdır”.

İnsanların sirrini açmağın təsirləri.

İnsanların sirrini açmağın həm fərdi və həm də ictimai təsirləri vardır. Bu təsirlərə nəzər salaq.

1. Cəmiyyətin əmin-amanlığı təhlükəyə düşər. Əgər cəmiyyətdə insanların sirrini açmaq hissi güclənərsə, insanların ictimai əmin-amanlığı təhlükəyə düşər.

Etimad, dostluq və qardaşlıq insanları tərk edər. O kəs ki, başqalarının eybini açmağa çalışar – özünə dost tapa bilməz.

İmam Sadiq (ə) buyurur: “İnsanların sirrini açmağa çalışma ki, dostsuz qalacaqsan”.

2. Çirkinliklər yayılar. İnsanların sirrini açmağa çalışmaq fəhşanın və münkərlərin yayılmasına səbəb olar.

O kəs ki, başqalarının eyiblərindən xəbərdar olar, bu eyibləri başqalarına söyləyər, cəmiyyətdə pisliklərin yayılmasına vasitə olar. Həmin insan başqalarının sirrini saxlaya bilməyən insandır.

3. İnsanın özü rüsvay olar. Həzrət Peyğəmbər (s) buyurur: “Möminin büdrəmələrini axtarmayın. Hər kim qardaşının büdrəmələrini axtarar – Allah onun büdrəmələrinin ardınca olar. Hər kimin büdrəmələrini Allah izləyər – onu rüsvay edər, baxmayaraq ki, evində olsa belə”.

Beləliklə deyə bilərik ki, insanların sirrini açmağa çalışmaq – haram əməllərdəndir. Hər kim bu əməli yerinə yetirər – böyük günah etmiş olar. İnsan gərək öz eyiblərinin axtarışında olsun, başqalarının deyil.

“Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır. Həmçinin başqalarının eyib və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin”. (“Hucurat” 12).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031