İranda son sutkada 183 nəfər koronavirusdan vəfat edib
İranda son 24 saat ərzində 183 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 13,791-ə çatıb.
SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib. İran rəsmisi bu günkü açıqlamasında bildirib ki, son 24 saat ərzində ölkədə 183 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 13,791-ə çatıb. Onun sözlərinə görə son sutkada ölkədə 2,379 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 269,440-a çatıb. Bu ölkədə yoluxmuşlardan 232 mini sağalıb. Hazırda İranda koronavirusun təhlükəsilə bağlı təqdim edilən təsnifata əsasən 10 əyalət qırmızı bölgə hesab olunur. (SalamNews) Oxşar xəbərlər
|