Axırəz-zamanda veriləcək 3 xüsusi nida
Əhli-Beyt (ə) bütün ömürləri boyu insanları zühura hazırlamış və onun haqqında xəbərlər vermişdilər. Həzrət İmam Rzadan (ə) nəql edilən xəbərlərdən birinə diqqət edək.
Həsən ibni Məhbub nəql edir: “İmam Rza (ə) buyurur: Hadisə baş verəcəkdir ki, zirək insanlar və bizim xüsusi ehtiyat edən şəxslərimiz o hadisəyə çəkilmiş olacaqlar. Bu, o zamandır ki, bizim davamçılarımız mənim üçüncü övladımı əldən verəcəklər. Səma və yer əhli onun üçün ağlayacaqdır. Sanki onları görürəm ki, car çəkərlər və onların səsi uzaqdan eşidilər, necə ki, yaxından eşidilmiş olar. O səs iman əhli üçün rəhmət və kafirlər üçün əzabdır”. Soruşurlar ki, o səs nədir? Buyurur: “Rəcəb ayında səmadan üç səs eşidiləcəkdir. Birinci səs budur: “Agah olun, Allahın lənəti zalımlara olsun”. (“Hud” 18). İkinci səs: “(Allahın zatına məxsus əzəli ilahi elmə əsasən) yaxınlaşmalı olan (Qiyamət) yaxınlaşmışdır”. (“Nəcm” 57). Üçüncü səsdə bir şəxsi günəş tərəfində aşkar şəkildə görəcəklər ki, deyir: Bu Əmirəl-möminindir (ə) ki, zalımları öldürmək üçün hücum etmişdir. Bu zaman insanların fərəci gəlib çatacaqdır. “Onlarla vuruşun ki, Allah onlara sizin əlinizlə əzab versin, onları xar etsin, sizi onlara qalib etsin və möminlərdən (müşriklərdən yaralı) olan dəstənin ürəklərinə şəfa versin”. (“Tövbə” 14). /Deyerler.org/ Oxşar xəbərlər
|