Göz hicabı, danışıq hicabı, rəftar hicabı – Qurani-Kərimdə hicabın növləri
Mьəllif: admin1
Tarix: 19-07-2020, 11:15
Göz hicabı, danışıq hicabı, rəftar hicabı – Qurani-Kərimdə hicabın növləri
Adətən hicab dedikdə, qadınların İslami geyimi nəzərdə tutulur. Hicabın lüğətdəki mənası örtük və pərdə deməkdir. Ona görə də deyə bilərik ki, hicabın mənası daha genişdir.

Hicab nəinki qadınlara, hətta kişilərə də belə aiddir. Kişilərin də özünəməxsus hicabları olmalıdır. Onlar da qadınlar kimi öz məhrəm yerlərini qorumalı və qarşı cinsi təhrik etməməlidirlər.

Qurani-Kərimdə hicabın mənası daha genişdir. Quranın nəzərinə görə, hicab dedikdə nəinki geyim nəzərdə tutulmalıdır, bəlkə hicaba daha geniş nəzərlə baxmaq lazımdır.

1. Göz hicabı. “Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar”. (“Nur” 30).

“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar”. (“Nur” 31).

2. Danışıq hicabı. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32).

3. Rəftar hicabı. Hicabın növlərindən biri də qadınların kişilər qarşısında rəftarına aiddir. Qadınlara əmr olunur ki, elə yol getməsinlər ki, naməhrəmin diqqətini cəlb etsin. Zinətlərini naməhrəmə göstərməsinlər.

“Vüqarla öz evlərinizdə qərar tutun, ilkin cahiliyyət dövründəki (qadınlar) çıxdığı kimi (bəzək-düzəkli, hicaba riayət etmədən) camaat arasına çıxmayın”. (“Əhzab” 33).

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İslami hicab deyildikdə, ancaq geyim nəzərdə tutulmur. Mahiyyətcə namərhəmi cəlb edə biləcək hər bir şey nəzərdə tutulur.

İstər göz hicabı olsun, istər danışıq hicabı olsun, istərsə də rəftar hicabı olsun. Hicab – onun naməhrəmə yaxınlaşmasına mane olan pərdə olmalıdır.

Şəhid Mütəhhəri buyurur: “Bəziləri deyir: hicab – pərdə mənasındadır. İslam istəmişdir ki, qadın hicabda olsun. Yəni, həmişə pərdə arxasında olsun.

Lakin bu insanlara deməliyik ki, İslami hicab deyildikdə, İslam onu nəzərdə tutur ki, qadınlar kişilərlə rabitə quran zaman bədənlərini örtsünlər və cilvə etməkdən çəkinsinlər”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031