Hədiyyə vermək – Peyğəmbər (s) sünnətidir
Mьəllif: admin1
Tarix: 19-07-2020, 11:18
Hədiyyə vermək – Peyğəmbər (s) sünnətidir
İnsanlar arasında sevgi və ülfət yaradan əməllərdən biri hədiyyə verməkdir. Hədiyyə dostluq rabitələrini möhkəmləndirər.

Çox yaxşı olar ki, müsəlman qardaşınızla görüşdüyünüz zaman ona hədiyyə verəsiniz. Hədiyyə sevgini cəlb edər. Əgər bu görüşlər ziyarətlərdən sonra olarsa, daha yaxşı olar.

İmam Əli (ə) buyurur: “Hədiyyə - dostluq gətirər”.

Bu əməl səfərdən qaytımağı şirin edər, həm də yadda çox qalar. Ziyarətə gedənlərin bir çoxu oradan gətirdikləri hədiyyəni görən zaman yenə həmin ziyarəti yada salarlar.

Həcc, Məşhəd, Kərbəla səfərinə gedən ailə üzvlərindən biri qayıdan zaman ev əhalisini hədiyyə və sovqatla daha çox sevindirər.

Sovqat gətirmək İslami sünnətdir. Səfərə getmiş insanın səfərdə belə ailə üzvlərini xatırladığının nişanəsidir. Mühüm olan hədiyyədir, onun qiyməti deyildir. Hədiyyənin dəyəri mənəvi dəyərdir, maddi deyildir.

Bəzən bir ətir, bir səccadə, bir kitab və ya təsbeh unudulmaz ab-hava yaradar. Səfərin mütləq uzaq olması şərt deyildir. Hədiyyənin də baha olması şərt deyildir. Hər bir hədiyyənin öz mənəvi dəyəri vardır.

Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərdən biri səfərə gedən zaman evinə və ailəsinə qayıdanda mütləq onlar üçün hədiyyə və sovqat alsın. Hətta əgər bir daş olsa belə!”.

Həzrət Peyğəmbər (s) bu nurani kəlamında söylədiyi daş sözü bir rəmzi xarakter daşıyır. Həzrət (s) buyurur ki, yəni hədiyyənin bahalı olması zəruri deyildir, əsl mühüm olan onun mənəvi dəyəridir. Yəni səfərə getmiş ailə üzvü yaxşı olar ki, evinə əliboş qayıtmasın.

Bir müsəlman xəstə yanına gedəndə elə xəstənin yanına getməlidir ki, heç onun ziyarətinə gəlməmişdir. Həmçinin gileylənməməlidir ki, mən onu görməyə getdim, ancaq o, məni görməyə gəlmədi.

Peyğəmbəri-Əkrəm (s) buyurur: “Elə insanın ziyarətinə gedin ki, sizi ziyarət etməmişdir. O kəs üçün hədiyyə aparın ki, sizin üçün hədiyyə və ya sovqat gətirməmişdir”.

İmam Əli (ə) buyurur: “Ən yaxşı hədiyyə - moizə və nəsihətdir”.

Müsəlmanın əxlaqını düzəltmək üçün ona edilən nəsihət hədiyyə hesab edilir. İmam Sadiq (ə) buyurur: “Mənim yanımda ən sevimli qardaşım o kəsdir ki, eyblərimi mənə hədiyyə edər”.

Hədiyyəyə laqeyd qalmaq və onu geri qaytarmaq o deməkdir ki, həmin şəxs Məsumların (ə) təlimlərindən xəbərsizdir. İslam dini ictimai rabitələrin möhkəmlənməsi üçün hədiyyə verməyi tövsiyə edir.

Beləliklə deyə bilərik ki, hədiyyə vermək insanlar arasında olan dostluq rabitəsini möhkəmləndirər və insanlar arasında ülfət və sevgi yaradar.



(Deyerler.org)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031