Bax budur həzrət Əlinin (ə) həqiqi tərəfdarı!
Həzrət Əmirəl-möminin Əliyə (ə) Müaviyyədən (l) məktub yetişdi, Həzrət Əli (ə) məktubun möhrünü qırıb oxumağa başladı, orda yazılmışdı: Möminlərin əmiri, müsəlmanların xəlifəsi Əbu Sufyan oğlu Muaviyyədən (l) Əliyə (ə).
Ey Əli (ə) Cəməl döyüşündə hər nə istədin Aişə, Təlhə və Zübeyrə etdin, indi döyüşə hazır ol. Həzrət Əli (ə) məktubun cavabını belə yazdı: Allah bəndəsi tərəfindən. Sən riyasət üçün çalışırsan mən isə Allah bəndəliyi üçün. Mən döyüşə hazıram. Sonra məktubu möhrləyib imzaladı, öz şagirdlərinə üzünü tutub dedi: Kim bu məktubu Şama aparar? Heç kəs cavab vermədi. İkinci dəfə Həzrət Əli (ə) birdə sual verdi kim məktubu Şama aparar? Bu dəfə Tərimmah ibni Ədi camaat içindən qalxıb ərz etdi: Əli (ə) can mən hazıram. Əli (ə) məktubun mətnindən Tərimmahı agah edib buyurdu: Tərimmah Şamda Əlinin (ə) abrını qoru! Tərimmah eşitdim və itaət edərəm deyib, məktubu aldı, Şama tərəf hərəkət etdi. Müaviyyə (l) qəsrin bağında idi, Əmr As (l) xəbər verdi ki, Əlinin (ə) şagirdlərindən biri gəlib. Müaviyyə (l) tez göstəriş verdi rəngarəng xalçalarla bağı bəzəyin, istəyirdi ki, Tərimmahı bu yolla təsir altına salıb onu ələ keçirdsin. Tərimmah içəri daxil olanda bəzədilmiş xalçaları görəndə tozu ayaqqabıları ilə həmin xalçaların üstündə hərəkət etdi. Sonra özünü Müaviyyəyə (l) yaxınlaşdırdı, Müaviyyə (l) necə özünü yayıb və ayaqlarını uzadıb oturmuşdusa Tərimmahda elə etdi. Müaviyyənin (l) ətrafı Tərimmaha etiraz etdilər ki, ayaqlarını yığıb düz əyləşsin.! Tərimmah dedi: O, kişi qırığı (Müaviyyə l) ayaqlarını yığmasa məndə ayaqlarımı yığan deyiləm. Əmr As (l) Müaviyyənin (l) qulağına dedi: Bu çöl adamıdı, kifayət edər ki, sən pul kisəsinin ağzını bir az boşalt, bunun danışığı dəyişəcək. Müaviyyə (l) göstəriş verdi Tərimmahın qarşısına 30.000 dirhəm qoysunlar. Tərimmahdan soruşdu: Kim tərəfindən gəlmisən. Tərimmah dedi: Həqq olan xəlifə, Əsədullah (Allahın şiri), Eynullah (Allahın gözü), Uzunullah (Allahın qulağı), Vəchullah (Allahın sifəti), Möminlətin Əmiri, Əli ibn Əbi Talib (ə) tərəfindən gəlmişəm və zinazadələrin əmiri, fasiq, facir, zalım və xain olan Müaviyyətibni əbi Süfyana (l) məktub gətirmişəm. Müaviyyə (l) gördü 30.000 dirhəm Əlinin (ə) bu şagirdinə bir şey edə bilmədi, dedi: Məktubu ver oxuyum. Tərimmah dedi: Ayaq üstə dur, iki əlini uzat məndə məktubu öpüm və təqdim edim. Müaviyyə (l) dedi: Ver məktubu Əmr Asa (l).. Tərimmah dedi: Bir əmir ki, zalımdı, və vəziridə xaindir mən belə xainə məktub vermərəm. Müaviyyə (l) dedi: Ver məktubu Yezidə (l) Tərimmah dedi: Bizim şeytandan xoş xatirələrimiz yoxdur ta onun uşağındanda….. Xülasə Müaviyyə (l) Tərimmahın istəyinə uyğun məktubu alıb oxudu. Sonra narahatlığla katiblərini çağırdı və məktubun cavabını belə yazdırdı: Əli! Mənim qoşunumun sayı ulduzların sayı qədərdi, döyüşə hazır ol. Tərimmah qalxdı və dedi mən özüm bu məktubun cavabını deyərəm. Əli (ə) təklikdə bir günəşdir ki, sənin ulduzlarının nuru ona çatmaz. Getmək istəyəndə Müaviyyə (l) dedi: Tərimmah 30.000 dirhəminidə götür. Amma Tərimmah Müaviyyənin sözünə qulaq asmayıb Kufə tərəfə yola düşdü. Müaviyyə (l) üzünü Əmr Asa (l) tutub dedi: Hazıram tamam sərvətimi verim, sizlərdən biriniz bu kişi necə Əlii (ə) mudafiə etdi, bir saat məni mudafiə edəsiz. Əmr As dedi: Allaha and olsun! Əyər Əli(ə) Şama gəlsə mən namazımı ona iqtida edərəm, amma yeməyimi sənin süfrəndə yeyərəm. www.ahliman.info Oxşar xəbərlər
|